QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Gəncədə yaralananların 10-u məktəblidir

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidСитуация в Гяндже
Ситуация в Гяндже - Sputnik Azərbaycan
Abunə olmaq
Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir

BAKI, 12 oktyabr — Sputnik. Oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində çoxmənzilli yaşayış binalarının Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb, 10-dan artıq çoxmənzilli binaya, 100-dən çox müxtəlif təyinatlı obyektlərə, o cümlədən məktəb binalarına ziyan dəyib. Yaralananlardan 10 nəfəri məktəblidir. Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

Xəbər lenti
0