QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Akardan Şoyquya zəng: "Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır"

© Photo : Press Service of the Ministry of Defense of the Russian Federation / Mediabanka keçidМинистр обороны РФ Сергей Шойгу (слева) и министр обороны Турции Хулуси Акар во время встречи в Анкаре, фото из архива
Министр обороны РФ Сергей Шойгу (слева) и министр обороны Турции Хулуси Акар во время встречи в Анкаре, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

BAKI, 12 oktyabr — Sputnik. Türkiyənin Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyquya zəng edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, telefon danışığı zamanı Ermənistanın Azərbaycana hücumu, İdlib və Liviyaya dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ermənistan humanitar atəşkəs xəbərini almayıb? Ağdamda dağıntılar davam edir – video  - Sputnik Azərbaycan
VİDEO
Ermənistan humanitar atəşkəs xəbərini almayıb? Ağdamda dağıntılar davam edir – VİDEO

Telefon danışığı zamanı Akar Şoyquya mülki yaşayış yerlərinə hücum edən Ermənistanın buna son verməli olduğunu və işğal etdiyi torpaqlardan çıxarılmasının vacibliyini bildirib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0