Guya atəşkəsdir: Ermənistan kəndlərimizi atəşə tutur

45
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub

BAKI, 11 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər, Ağcabədi və Füzuli rayonlarının kəndlərini atəşə tutur.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

45
Teqlər:
Ağcabədi, Tərtər, Füzuli, Ağdam, Atəşkəsin pozulması, Azərbaycan kəndləri, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (707)
Əlaqədar
Gəncəyə "Toçka-U" raketinin düşmə anı - VİDEO
Çavuşoğlu Lavrovla danışdı: Ermənistana deyin...
Kamran Əliyev Gəncə hücumu barədə: "Terror aktı ilə bağlı cinayət işi başlanılıb"
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan humanitar atəşkəs rejiminə əməl etmir
“Ermənistan yalvarıb, atəşkəsə çağırışlar edirdi, bunun ardınca Gəncəni atəşə tutub”
Azərbaycan hərbçiləri, arxiv şəkli

Nur içində yat, Dmitri!

6
(Yenilənib 21:46 25.10.2020)
Dmitri Aleksandroviç Solnsev torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

BAKI, 25 oktyabr — Sputnik. "Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

Nur içində yat, Dmitri!".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

6

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

16
(Yenilənib 21:31 25.10.2020)
Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

16
Əlaqədar
Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"