QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Humanitar yardım altında Ermənistana raket sistemləri daşınır

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidПассажирский самолет в небе над Москвой, фото из архива
Пассажирский самолет в небе над Москвой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev "Atlantis Armenian Airlines" aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıdığını bəyan edib.

BAKI, 10 oktyabr - Sputnik. Humanitar yardım adı altında "Atlantis Armenian Airlines" aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında məlumat verib. 

“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - Hacıyev yazıb. 

Xəbər lenti
0