SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur - Nazir

© AR Ministry of DefenceArtilleriya bölmələrinin döyüş atışlı təlimləri
Artilleriya bölmələrinin döyüş atışlı təlimləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyhun Bayramov: Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatları davam etdirir.

BAKI, 10 oktyabr — Sputnik. "Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla balı olaraq real addımlar atılmalıdır. Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesinin həyata keçirilməsi, ciddi addımların atılmaması olarsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov hərbi əməliyyatların bərpasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.

Министр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ceyhun Bayramov atəşkəsin pozulması barədə:"Sonrakı gedişi izləyib proqnoz verəcəyik"

O qeyd edib ki, hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatları davam etdirir.

Nazir onu da deyib ki, Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur. Ermənistan diaspor üzvləri də bununla bağlı bir sıra ölkələrdə fəallıq nümayiş etdirirlər:

"Diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğunu elan edirlər. Artıq məsələ o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bunu etiraf edir, xarici ölkələrdən gələnlərin müraciət edərək döyüşdüyünü bildirir. Bizdə PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə məlumatlar və faktlar var".

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan zər zaman müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edib: "Birinci Qarabağ müharibəsində də Ermənistan terrorçulardan istifadə edib. Bunlardan diri Livandan gəlib Ermənistan tərəfində döyüşmüş və Azərbaycan Ordusu tərəfindən öldürülmüş Monte Melkonyan idi. Hazırda o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törətmişdi. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atıb. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzidir".

Xəbər lenti
0