QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəsin müddəti və Ermənistanın ərazilərimizdən çıxması cədvəli sənəddə əksini tapmayıb

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidАзербайджанский город Ханкенди, находящийся под оккупацией Армении
Азербайджанский город Ханкенди, находящийся под оккупацией Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Ceyhun Bayramov: "Bəyanatın üçüncü bəndində baza prinsiplərinin həyata keçirilməsi, öz növbəsində cədvəllərin tərtibi nəzərdə tutulur"

BAKI, 10 oktyabr — Sputnik. Döyüş meydanında əldə etdiyimiz qələbələr diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, humanitar atəşkəslkə bağlı qəbul edilmiş bəyanatın üçüncü və dördüncü bəndində əksini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

"Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sonra dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil dırnaqarası qurumla – "Dağlıq Qarabağ respublikası" ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır", - nazir vurğulayıb.

"Bəyanatın üçüncü bəndində baza prinsiplərinin həyata keçirilməsi, öz növbəsində cədvəllərin tərtibi nəzərdə tutulur", - Bayramov deyib.

O xatırladıb ki, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinə üz tutaraq işğalçı qüvvələrin regiondan çıxarılması qrafikini tələb edib.

"Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur", - nazir deyib.

Министр иностранных дел Азербайджана Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ceyhun Bayramov atəşkəsin pozulması barədə:"Sonrakı gedişi izləyib proqnoz verəcəyik"

Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: "Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir".

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Xəbər lenti
0