BAKI, 10 oktyabr — Sputnik. Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi Facebook səhifəsində paylaşıb.
Məlumatda qeyd olunur ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir.
"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır", - deyə MN bildirib.
BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.
Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
BAKI, 16 yanvar — Sputnik. "Azərişıq" ASC Şuşa şəhərini elektrik enerjisi ilə təchiz edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidi və əsas küçələr işıqlandırılıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Şuşa şəhərinə səfər edib və çıxışı zamanı şəhərə elektrik enerjisinin verildiyini bildirib.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoyublar. 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.