Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Lavrov Qarabağda atəşkəslə bağlı danışdı – VİDEO

Abunə olmaq
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları ilə danışıqların yekunlarına dair verdiyi bəyanatın videoyazısını izləyin.

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramovun və Zohrab Mnatsakanyanın, həmçinin Rusiya XİN başçısı Sergey Lavrovun görüşünün yekunlarına dair birgə bəyanatda tərəflər arasında humanitar məqsədlərlə atəşin dayandırılmasına dair razılaşma var.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı nazir görüşün yekunlarına dair bildirib.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Tərtər rayonunun Qapanlı kəndinin, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd kəndlərinin, Füzuli rayonunun Alxanlı və Şükürbəyli kəndlərinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin intensiv atəşə tutulması nəticəsində dinc sakinlər arasında ölən və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlamaq qərarına gəlib.

Xəbər lenti
0