Artilleriya atəşi, arxiv şəkli

Gecə ərzində gərgin döyüşlər davam edib - VİDEO

387
(Yenilənib 10:08 10.10.2020)
Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, silah və sursatı məhv edilib.

BAKI, 10 oktyabr — Sputnik. Oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib, düşmənə atəş zərbələri endirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində bu müddətdə düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-20 və D-30 topu, 3 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 2 ədəd M55 "Zastava" zenit qurğusu, 2 radiolokasiya stansiyaları və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

387

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

21
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

21

Ağdam rayonunun Şelli kəndi - VİDEO

6
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

6
Teqlər:
video, kənd, Ağdam
Laboratoriya işçiləri, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı Vaksinasiya Strategiyası təsdiqlənib

0
Bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq.

BAKI, 16 yanvar - Sputnik. Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nı təsdiq edib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabinetinin saytında dərc olunmuş sənədə görə, Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları mütəmadi olaraq Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanda vaksinasiyanın yanvarın 18-də başlanacağı məlum olub. Peyvəndləmə iki mərhələdə aparılacaq. Öncə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu; 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərləri vaksinasiya olunacaqlar.

 

0
Teqlər:
Nazirlər Kabineti, strategiya, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya