QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilərin atəş mövqeyinə çıxardıqları zirehli texnikaları məhv edilib - VİDEO

© AR Ministry of DefenceВоенная техника, захваченная в ходе сражений
Военная техника, захваченная в ходе сражений - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində məhv edilmiş və düşməndən götürülmüş texnikaları açıqlayıb

BAKI, 9 oktyabr — Sputnik. Ermənilərin atəş mövqeyinə çıxardıqları zirehli texnikaları məhv edilib. Sputnik Azərbaycan bildirir ki, xəbəri və müvafiq görüntüləri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Bu gün həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində məhv edilmiş və düşməndən götürülmüş texnikaları açıqlayıb.

Sputnik Azərbaycan həmin siyahını təqdim edir:

"16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i "Akasiya", 2-si "Qvozdika", 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 REM və ya Hava Hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300-ün buraxıcı qurğusu, 25 "Osa", 2 "Kub" zenit raket kompleksi, 4 "Repelent" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 "Kalçuqa" anteni məhv edilib.

Qənimət kimi götürülmüş hərbi texnika: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını.

Xəbər lenti
0