Azərbaycanın Baş Prokuror Kamran Əliyev, arxiv şəkli

Baş Prokuror Ermənistanın Qarabağa muzdlu döyüşçülər gətirməsi ilə bağlı bəyanat yaydı

36
Bu cür qanunsuz əməllərin qarşısının alınması məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanlarını təsirli, preventiv və təxirəsalınmaz tədbirlərin görülməsinə qətiyyətlə çağırıram

BAKI, 9 oktyabr — Sputnik. Ermənistanın Azərbaycan Respublikasının mülki əhalisinə qarşı müxtəlif cinayətlər törətməsi və həmin cinayətlərdə xarici ölkələrdən gətirilmiş muzdluların iştirak etməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən mötəbər sübutlar əldə edilib.

Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən həmkarlarına həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, bəyanatda deyilir:

"Məlum olduğu kimi, sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri, hətta döyüş bölgələrindən kənarda yerləşən Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Abşeron və Xızı rayonlarını ağır silahlardan atəşə tutmağa davam edir. Bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olmuş, 164 mülki vətəndaş ağır yaralanmış, ümumilikdə 1054 yaşayış evi, 142 mülki obyekt, 45 çoxmənzilli bina dağıdılmışdır. Azərbaycan Respublikasının silahlı qüvvələri tərəfindən erməni təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquqa tam riayət etməklə səmərəli əks-hücum və adekvat cavab tədbirləri həyata keçirilməkdədir".

Qeyd edilib ki, Azərbaycan Ordusunun təsirli cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri əhəmiyyətli sayda canlı qüvvə itkisi ilə üzləşdiyinə görə ölkənin hərbi-siyasi rəhbərliyinin çağırışı əsasında xarici ölkələrdə yaşayan erməni diasporası tərəfindən muzdluların Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı döyüşmək məqsədilə Dağlıq Qarabağa göndərilməsi təşkil olunur. Bu hərəkətlər beynəlxalq hüquq normalarına zidd olmaqla, eyni zamanda Azərbaycanın və xarici dövlətlərin qanunvericiliyə əsasən cinayət hesab olunur və beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan təhlükəli amildir.

Bildirirəm ki, artıq 2 faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmış, hazırda istintaq əməliyyat tədbirləri davam etdirilməklə həmin şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib.

Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərinin tətbiqi davam etdirilir.

Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu adından bir daha bəyan və xəbərdar edirəm ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi, silahlı qüvvələrinin, xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının, habelə qondarma rejimin çağırışları əsasında Dağlıq Qarabağa gəlib döyüşlərdə iştirak edən muzdlulara, həmçinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyi çərçivəsində kəsərli tədbirlərin görülməsi təmin ediləcək.

Bu cür qanunsuz əməllərin qarşısının alınması məqsədlə xarici dövlətlərin səlahiyyətli orqanlarını təsirli, preventiv və təxirəsalınmaz tədbirlərin görülməsinə qətiyyətlə çağırıram.

36
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)
Əlaqədar
Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vuruldu
Ermənilərin "Qrad"ları məhv edilib - VİDEO
Bir gündə 850 mərmi! Ermənilər Ağdamı məhv etmək istəyirlər - FOTO
Hikmət Hacıyev: "Ermənistan hər dəfə ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır"
Azərbaycan XİN ermənilərin Şuşa ilə bağlı iddialarına cavab verdi

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

1
“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

1
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

62
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

62
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)