Baş Prokurorluğa məxsus avtomobil, arxiv şəkli

Baş Prokurorluq Qarabağda döyüşən Fransa Gürcüstan vətəndaşlarına cinayət işi açdı

379
(Yenilənib 16:31 09.10.2020)
Baş Prokurorluq tərəfindən qeyd edilən şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib

BAKI, 9 oktyabr — Sputnik. Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, həyata keçirilən bu tədbirlərin davamı kimi, Azərbaycan Respublikasının Baş prokurorurorluğunda Fransa Respublikasının vətəndaşı Artur Oqanisyan və Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında araşdırma aparılıb.

Araşdırmalarla xarici ölkə vətəndaşları Artur Oqanisyan və Vaaqn Çaxalyanın Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə cinayət əlaqəsinə girib cinayətkar birlik tərkibində birləşərək "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun və Miqrasiya Məcəlləsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələrinə, "Dağlıq Qarabağ Respublikası" adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və anti-terror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsinə yönələn təcavüzkar müharibədə Ermənistan Respublikasının siyasi-hərbi rejimi tərəfindən hərbi münaqişədə muzdlu kimi istifadə edilmələrinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, araşdırmalarla qeyd olunan şəxslərin qanunsuz olaraq əldə etdikləri odlu silahlardan, döyüş sursatlarından və komplekt hissələrindən istifadə etməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələrinə şübhələr üçün əsaslar müyyən edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Baş Prokurorluq tərəfindən qeyd edilən şəxslərin vətəndaşı olduqları ölkələrin səlahiyyətli qurumlarına hüquqi yardım haqqında sorğular göndərilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

379
Teqlər:
cinayət işi, Baş Prokurorluq, Azərbaycan, muzdlu, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Makron növbəti dəfə İlham Əliyevə zəng vurdu
Bir gündə 850 mərmi! Ermənilər Ağdamı məhv etmək istəyirlər - FOTO
Hikmət Hacıyev: "Ermənistan hər dəfə ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır"
Ermənilər bir neçə rayonumuzu və Mingəçeviri intensiv atəşə tuturlar
Ermənistan ordusunun təcavüzü nəticəsində ölən dinc azərbaycanlıların sayı açıqlandı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

5
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

5
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

38
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

38
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

Lavrov Rusiyanın AŞ-nin sanksiyalarını cavabsız qoymayacağını bəyan etdi

0
(Yenilənib 18:42 27.10.2020)
Lavrovun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq

BAKI, 27 oktyabr — Sputnik. Avropa Şurasının (AŞ) Almaniya və Fransanın təhriki ilə Aleksey Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etməsi bu qurumun baş verənləri adekvat qiymətləndirə bilməməsindən xəbər verir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, bu fikri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Qeyd edək ki, oktyabrın 15-də Brüsselin altı Rusiya vətəndaşı və elmi-tədqiqat institutuna qarşı məhdudiyyət tətbiqinə Moskvadan cavab reaksiyası gözlənilirdi.

Berlin Baş Prokurorluğunun Navalnı ilə bağlı çoxsaylı müraciətlərə cavab verməkdən "təkəbbürlü şəkildə imtina etdiyini" xatırladan diplomatın sözlərinə görə, bununla da Almaniya Cinayət Məsələlərində Qarşılıqlı Hüquqi Yardım haqqında Avropa Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyib.

"Almaniya və Fransa nümayəndələri bu beynəlxalq hüquqi sənədə hörmət etmək əvəzinə, AŞ-ni Rusiya vətəndaşlarına qarşı daha bir qanunsuz sanksiyanın tətbiqinə təhrik edirlər. Bütün bunlar təəssüf doğurur və açıq şəkildə Brüsselin özünü qanundan kənarda qoymaq istəyini nümayiş etdirir", – deyə Lavrov Xorvatiyanın "Veçerni List" qəzetinə verdiyi müsahibədə vurğulayıb.

Onun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq.

Diplomat onu da qeyd edib ki, Rusiyanın inkişafına mane olmaq məqsədilə səylərini ikiqat artıran Vaşinqton və Brüssel Moskvaya qarşı irəli sürdükləri ittihamlarla bağlı heç bir dəlil göstərməyiblər.

Lavrov avropalı tərəfdaşlarının dialoqu bərpa etmək üçün kifayət qədər sağlam düşüncəyə və uzaqgörənliyə sahib olduğuna ümid etdiyini bildirib.

0
Əlaqədar
Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib
Olimpiada və Navalnı skandalı
Toksikoloq: Navalnının "zəhərlənmə" diaqnozu təsdiqlənməyib
Navalnı Rusiyaya qayıtmağı planlaşdırır
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir