Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hikmət Hacıyev: "Ermənistan hər dəfə ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır"

203
(Yenilənib 14:48 09.10.2020)
"Həmin dövrdə Azərbaycan silahlı qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raket ilə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz, bu xüsusda dünya xristianlarının həssas hisslərinə böyük hörmətlə yanaşırıq. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır. Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır.

Birincisi, Azərbaycan ordusu tərəfindən kilsə və digər mülki təyinatlı obyektlər hədəfə alınmır. Həmin dövrdə Azərbaycan silahlı qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib.

İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməmişdir.

Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, aviabomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan silahlı qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur", - deyə Hikmət Hacıyev qeyd edib.

O bildirib ki, Ermənistan tərəfi hər dəfə yalanlar ifşa olunanda yeni uydurmalara əl atmağa başlayır: "Bu hal Ermənistanın növbəti təxribatı, Azərbaycana qarşı informasiya hücumu cəhdidir. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.

Bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdir etmək istəyir. Bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılıb".

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirib: "Bütün dünya xristinalarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dibi abidələr təyinatına uyğun olaraq bərpa olunacaqdır".

203
Teqlər:
Hikmət Hacıyev, Şuşa, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (559)
Əlaqədar
Ermənilər bir neçə rayonumuzu və Mingəçeviri intensiv atəşə tuturlar
Azərbaycan XİN ermənilərin Şuşa ilə bağlı iddialarına cavab verdi
Ermənistan XİN Moskvada Qarabağla bağlı görüşün məqsədini açıqladı
Hikmət Hacıyev: "Status-kvo artıq dəyişdi, Ankara artıq masadadır"
Ermənistan ordusunun atəşi nəticəsində ANAMA-nın əməkdaşı xəsarət aldı
Xudafərin körpüləri

MN: Ermənilər qorxularından Xudafərinlə bağlı cəfəngiyyat yayırlar

0
"Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır" - Azərbaycan MN

BAKI, 20 oktyabr — Sputnik. Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

"Bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır", - açıqlamada bildirilir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

0
Gəncədə vəziyyət

Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar

3
(Yenilənib 17:59 20.10.2020)
"Dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Sibel Can da Azərbaycana dəstək paylaşımı edib. Sənətçi 2,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin hekayə bölümündə işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı fotolar yayımlayıb.

"Uşaqdan vətən istədiniz? Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə atəş açıb, mülki şəxslərin yaşadığı yerlər hədəf alınır. İnsanlara qarşı günah işlənir. Qəlbim ağlayır, Azərbaycan", - deyə Sibel Can paylaşımında qeyd edib.

Hülya Avşar da baş verən faciəyə münasibətini bildirib: "Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, sona da yetmir. Amma dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Hülya Avşar (@hulyavsr)

Müğənni-bəstəkar Mustafa Ceceli də öz paylaşımında qeyd edib: “Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq”. 

Посмотреть эту публикацию в Instagram

Публикация от 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli)

Eyni zamanda, Gülbən Ərgən, Yonca Evcimik, Yıldız Tilbe, Serenay Sarıkaya da Azərbaycan barədə paylaşımlar ediblər, yaralılara şəfa diləyiblər.

3