* AZƏRBAYCAN *
Hikmət Hacıyev, arxiv şəkli

Hikmət Hacıyev: "Status-kvo artıq dəyişdi, Ankara artıq masadadır"

1170
(Yenilənib 13:36 09.10.2020)
"Format necə olursa-olsun, Türkiyə, Rusiya formatında buraya baxılması daha güvənli ola bilər. Həm Moskva, həm Ankara, qonşu və qardaş ölkələrdir"

BAKI, 9 oktyabr — Sputnik. Ankara artıq masadadır. Türkiyə ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biridir. Bundan əlavə, Cənubi Qafqaz coğrafiyasında olan bir ölkə və Azərbaycanla qardaş ölkə durumu da var. Bu bölgədə sülhün olması qardaş Türkiyə və Rusiyanın xeyrinədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "HaberGlobal"-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Format necə olursa-olsun, Türkiyə, Rusiya formatında buraya baxılması daha güvənli ola bilər. Həm Moskva, həm Ankara qonşu və qardaş ölkələrdir", - deyə Hikmət Hacıyev qeyd edib.

O vurğulayıb ki, artıq Ermənistanın Azərbaycana hücumlarına qarşı status-kvo dəyişdi: "Üst səviyyədə, prezidentlər səviyyəsində danışıqlar var. Azərbaycan, Rusiya və qardaş Türkiyə - belə bir formatda davamlı bir proses ola bilər. Masada danışıqlar gerçəkləşdiriləndən sonra digər hərbi məsələlərə də baxıla bilər. Hazırda əməliyyatlar davam edir, Aİ tərəfindən də narahatlıq var. Şəhidlərimizin dəyişdirilməsinə dair vəziyyətlər də var. Çünki cəbhədə qalan şəhidlər də var. Ermənistanın işğalı davam etdirəcəyini və ya başqa bir irəliləyiş seçəcəyini görəcəyik".

1170
Teqlər:
Hikmət Hacıyev, Türkiyə, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Əlaqədar
"Döyüşlərin Dağlıq Qarabağın hüdudlarından kənara genişlənməsi təhlükəsi var"
Bakı ilə Yerevan Putinin təklifini qəbul etdi, məsləhətləşəcəklər
Türk hərbçilərinin Qarabağa göndərilməsi barədə: "Hələlik buna ehtiyac yoxdur"
Hacıyev: "Ermənistanın hərbi doktrinasının nə qədər aqressiv olduğu bir daha təsdiqləndi"
Ermənistanın yaşayış məntəqələrimizin üzərində uçan dron kamikadzesi vurulub
Putin Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdı
Cəbrail rayonunda

Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? "Qaçqınkom" açıqladı

106
(Yenilənib 21:37 24.06.2021)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə kimlərin köçürüləcəyini açıqlayıb.

BAKI, 24 iyun — Sputnik. "Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar".

Sputnik Azərbaycan-ın xəbərinə görə bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ukraynanın "Ukrayna 24" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürələcək.

"Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik", - Dövlət Komitəsinin sədri bildirib.

Qeyd edək ki, bir müddət öncə Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçiriliib. Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları, cavabları məxfi qalacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan 28 il idi ki, işğalda olan torpaqlarını 44 günlük müharibədə azad edib. Vətən müharibəsində qazanılan qələbəyə ən çox sevinən məcburi köçkün və qaçqınlarımız olub. Vətən müharibəsindən sonra məcburi köçkün və qaçqınlar tərəfindən işğaldan azad olunmuş torpaqlara könüllü qayıdışla bağlı yüzlərlə, minlərlə müraciət olub.

106
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

Putin Ərdoğan Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər

2495
(Yenilənib 20:57 24.06.2021)
Liderlər arasında şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

BAKI, 24 iyun - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya və Türkiyə liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar, atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.

Ərdoğan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün rəsmi Moskvanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası maraqları daxil olmaqla koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.

Putin və Ərdoğan müxtəlif sahələrdə Rusiya-Türkiyə əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə uçuşları bərpa etmək qərarına, eləcə də, "Sputnik V" peyvəndinin tədarükünə başladığına görə Rusiya tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı Suriyadakı məskunlaşma məsələləri nəzərdən keçirilərkən, İdlibdə və ölkənin şimal-şərqində gərginliyin artmasının qarşısını almaq və bu ərazilərdə qalan terror qruplarına qarşı mübarizə məqsədi ilə Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyətlərinin vacibliyi vurğulanıb.

Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını Türkiyə lideri ilə bölüşüb.

Söhbət əsnasında, həmçinin şəxsi təmasların və digər səviyyələrdə birgə işlərin davam etdirilməsi barədə razılığa əldə olunub.

Üçtərəfli bəyanat

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

2495
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb

Ərəb Dövlətlərinin Azərbaycana münasibəti necədir?

0
(Yenilənib 21:33 24.06.2021)
Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

BAKI, 24 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

C.Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını, lakin bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

C.Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğumuzu qeyd edib.

Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə Fəaliyyət Planının işlənib hazırlanması, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

0