Moskvada Kremlə mənzərə, arxiv şəkli

Ermənistan XİN Moskvada Qarabağla bağlı görüşün məqsədini açıqladı

184
(Yenilənib 13:46 09.10.2020)
Daha əvvəl rəsmi Bakı və Yerevan Rusiyanın paytaxtı Moskvada məsləhətləşmələrdə iştirak edəcəyini təsdiqləyib.

BAKI, 9 oktyabr — Sputnik. Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirləri Qarabağ münaqişəsi zonasında atəşkəs məsələsini yalnız cəsədlərin və əsirlərin mübadiləsi məqsədilə müzakirə edəcəklər. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Anna Nağdalyan qeyd edib.

Sputnik Ermənistan xəbər verir ki, görüş Bakı vaxtı ilə təxminən saat 16:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl rəsmi Bakı və Yerevan Rusiyanın paytaxtı Moskvada məsləhətləşmələrdə iştirak edəcəyini təsdiqləyib.

Rusiya XİN-in məlumatına görə, məsləhətləşmələr ölkələrin xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin iştirakçılarını humanitar səbəblərdən hərbi əməliyyatları dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb. Məlumata görə, Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Putin əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi üçün bölgədəki qarşıdurmaların dayandırılmasının lazım olduğuna işarə edib.

184
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (748)
Əlaqədar
Hikmət Hacıyev: "Status-kvo artıq dəyişdi, Ankara artıq masadadır"
Ermənistan ordusunun atəşi nəticəsində ANAMA-nın əməkdaşı xəsarət aldı
Ermənistanın Qarabağda ölən hərbçilərinin sayı 370-i keçdi
Ermənistan ordusunun təcavüzü nəticəsində ölən dinc azərbaycanlıların sayı açıqlandı
"Ermənistanın etdikləri onun KTMT-də üzvlüyünün dayandırılmasını aktuallaşdırır"
Здание министерства обороны Азербайджанской Республики

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

29
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə məlumatda bildirilir.

29
Заседание парламента Азербайджана, фото из архива

Milli Məclis Xocavənd rayonunun Vəng kəndinin Çinarlı adlandırılmasını təsdiq edib

17
Müvafiq qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

17
Kitab, arxiv şəkli

Rusiyanın görkəmli rejissorunun "Seçilmiş əsərləri" ilk dəfə Azərbaycan dilində

0
(Yenilənib 12:40 27.10.2020)
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib

BAKI, 27 oktyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi teatrşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq Rusiyanın görkəmli teatr rejissoru Vsevolod Meyerholdun "Seçilmiş əsərləri" kitabını nəşr edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin məqalələri, məktub və gündəlikləri, nitq və qeydləri daxil edilib.

"Teatrın tarixi və texnikası haqqında", "O.M.Meyerholda məktublardan", "Gündəlikdən (1907–1912-ci illər)", "Fırtına", "Maskarad", "Teatr qeydləri", "Alicənab dəyyus", "Ürpənən torpaq", "Meşə", "Bubus müəllim", "Mandat", "Müfəttiş" adlı fəsillərin toplandığı kitabda ecazkar teatr aləmi, onun görünməyən tərəfləri, pərdəarxası proseslər, rejissorluq sənətinin sirləri kimi sənət incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.

Kitabın orijinaldan tərcümə müəllifi Zahid Sarıtorpaq, redaktoru Fərhad Abdullayevdir.

Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin 2019-cu ildən əməkdaşlıq etdiyi Rusiya İnstitutunun qrant layihəsi çərçivəsində nəşr olunub.

Qeyd edək ki, Rusiyanın Penza şəhərində anadan olan Vsevolod Meyerhold teatr rejissoru, nəzəriyyəçisi, aktyor və pedaqoq kimi zəngin yaradıcılıq irsinə malikdir. 1907-ci ildən Oktyabr inqilabına qədər Aleksandrinski və Mariinski imperator teatrlarının baş rejissoru olub. İnqilabdan sonra Rusiyanın müxtəlif teatrlar ilə əməkdaşlıq edib. Sovet İttifaqının ilk avanqardçı teatr rejissorlarındandır. Səhnə sənətində qrotesk üslubunun, "Biomexanika" adıyla bütün dünyada tanınan aktyor sisteminin yaradıcısı, məşhur "Teatr Oktyabrı" proqramının müəllifidir. "Don Juan" (Molyer), "Müfəttiş" (N.Qoqol), "Hedda Qabler" (H.İbsen), "Mandat" (N.Erdman), "Elektra" (R.Ştraus) kimi qırxa yaxın əsərə səhnə quruluşu verib. Repressiya illərində azadlıqdan məhrum edilib və 1940-cı ildə həbsxanada güllələnib.

0