Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan hərbçilərinə yardım kampaniyası təşkil edib

"Qarabağda müharibənin sonunadək hər əsgərə bir bağlama" - rusiyalı biznesmendən aksiya

405
(Yenilənib 10:29 09.10.2020)
Rusiyada yaşayan azərbaycanlı iş adamı, "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan hərbçilərinə yardım kampaniyası təşkil edib və bunun müharibənin sonunadək davam edəcəyini bildirib.

BAKI, 9 oktyabr - Sputniik. Rusiyada yaşayan azərbaycanlı iş adamı, "AzNar" Şirkətinin rəhbəri Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda qəhrəmanlıq göstərən Azərbaycan hərbçilərinə yaxından dəstək verməkdədir.

Biznesmenin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, cəbhədə döyüşlər başlayan kimi dərhal Rusiyadan Göyçaya gələn Fərhad Əhmədov ordumuza və xəstəxanalarda müalicə olunan yaralı əsgərlərə yardım etməyə başlayıb. Onun təşəbbüsü ilə bir həftə öncə başlayan bu xeyriyyə kampaniyası hazırda davam edir.

  • Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan hərbçilərinə yardım kampaniyası təşkil edib
    © Photo : Corutesy of Elvin Göyçaylı

1 / 5
© Photo : Corutesy of Elvin Göyçaylı
Fərhad Əhmədov Qarabağın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan hərbçilərinə yardım kampaniyası təşkil edib

İndiyədək 5 yük avtomobili vasitəsilə “AzNar” şirkətinin meyvə şirələri, qida məhsulları, on minlərlə ədəd geyim, siqaret, təraş vasitəsi və digər zəruri əşyalar, ümumilikdə dəyəri 250 min manat olan 10 çeşiddə məhsul hərbi hissələrə və hospitallara göndərilib.

Azərbaycan əsgəri ilə qürur duyduğunu deyən Fərhad Əhmədov, bu xeyriyyə aksiyasının Qarabağda müharibənin sonuna qədər davam edəcəyini bildirib.

405
Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

5
(Yenilənib 14:16 09.05.2021)
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

BAKI, 9 may — Sputnik. İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

5
Şuşa şəhəri, arxiv şəkli

Şuşada yeni məktəb tikiləcək

22
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

22