Zod-Kəlbəcər yolu, arxiv şəkli

Ermənistandan Qarabağa gedən yol bağlandı

1472
(Yenilənib 11:25 08.10.2020)
Ermənistanın Fövqəladə Hallar Nazirliyi Zod – Kəlbəcər yolunun təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlandığını bəyan edib

BAKI, 8 oktyabr — Sputnik. Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini birləşdirən Zod – Kəlbəcər yolu təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl də Ermənistan FHN bu barədə məlumat yaymışdı. O zaman həmin yolun hərbi məqsədlər üçün istifadəsinin təhlükəli olduğu qeyd edilirdi. Artıq Ermənistan o yoldan istifadənin ümumiyyətlə təhlükəli olduğunu bildirib. Hazırda həmin yolun Azərbaycan Ordusu tərəfindən nəzarət altında saxlandığı güman edilir.  

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan başqa, Ağdərə və Murovdağ istiqamətində ermənilərin bir neçə postu darmadağın edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Goranboy istiqamətindəki strateji yüksəkliklərdən birini - Murovdağ dağ silsiləsinin Murov yüksəkliyini azad edib. Azərbaycan ordusu Talış kəndi ətrafında bir neçə strateji yüksəkliyi də Ermənistanın işğalçı qüvvələrindən təmizləyib.

Oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

1472
Əlaqədar
Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içindədir
Gəncədə vəziyyət

Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar

3
(Yenilənib 17:59 20.10.2020)
"Dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Ötən həftə Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə ermənilərin törətdiyi 3-cü terror hadisəsinin qurbanları  dünyanın bir çox ölkələrində anılıb. Bundan başqa, Türkiyənin məşhur sənət adamları da buna səssiz qalmayıblar. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən ölkənin ulduzu Sibel Can da Azərbaycana dəstək paylaşımı edib. Sənətçi 2,5 milyon izləyicisi olan "Instagram" səhifəsinin hekayə bölümündə işğalçı Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı fotolar yayımlayıb.

"Uşaqdan vətən istədiniz? Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə atəş açıb, mülki şəxslərin yaşadığı yerlər hədəf alınır. İnsanlara qarşı günah işlənir. Qəlbim ağlayır, Azərbaycan", - deyə Sibel Can paylaşımında qeyd edib.

Hülya Avşar da baş verən faciəyə münasibətini bildirib: "Müharibə heç bir ölkəyə yaraşmır. Təəssüf ki, sona da yetmir. Amma dinc əhalini vurmaq savaş deyil, cahillikdir, vəhşilikdir və insanlıqdan kənardır. Dualarım Azərbaycanladır". 

Посмотреть эту публикацию в Instagram

Публикация от Hülya Avşar (@hulyavsr)

Müğənni-bəstəkar Mustafa Ceceli də öz paylaşımında qeyd edib: “Bir ovuc təlxək sonunu hazırlayır və bütün dünya bunu səssizcə izləyir. Uşaq qatillərinin axıtdığı qan yerdə qalmayacaq”. 

Посмотреть эту публикацию в Instagram

Публикация от 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli)

Eyni zamanda, Gülbən Ərgən, Yonca Evcimik, Yıldız Tilbe, Serenay Sarıkaya da Azərbaycan barədə paylaşımlar ediblər, yaralılara şəfa diləyiblər.

3

Ermənistan ordusu Goranboy Tərtəri raket atəşinə tutur

11
(Yenilənib 18:08 20.10.2020)
Müdafiə Nazirliyi Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisinin raket-artilleriya atəşinə tutulduğunu xəbər verib.

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 20-də saat 17:00 radələrində Ermənistan ordusu tərəfindən Goranboy və Tərtər rayonlarının ərazisi raket-artilleriya atəşinə tutulub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

11
Əlaqədar
MN: Ermənistan Yevlax, Goranboy və Beyləqan rayonlarını atəşə tutub
Müdafiə Nazirliyi: Tərtər və Ağdamın yaşayış məntəqələri atəşə tutulur
Müdafiə Nazirliyi: Goranboy, Tərtər və Ağdam rayonlarının əraziləri atəşə tutulur
Tərtər atəşə tutuldu, iki mülki şəxs həlak oldu, bir nəfər yaralandı
Tərtəri yerlə-yeksan etmək istəyirlər – video
Bakubus avtobusu, arxiv şəkli

Pik saatlarda paytaxta ehtiyat avtobuslar cəlb olunub

0
(Yenilənib 18:19 20.10.2020)
Axşam pik saatlarda sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərinə ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobuslar cəlb olunub.

BAKI, 20 oktyabr — Sputnik. Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub. Bu barədə Sputnik Azərbaycan-a  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib:

"Zərurət olduqca daşımalara əlavə avtobuslar cəlb olunacaq. Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".

0