Ali Məhkəmənin binası

Ali Məhkəmə Avropa Şurasının üzvlərindən dəstək istədi

23
(Yenilənib 21:21 07.10.2020)
Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq

BAKI, 7 oktyabr - Sputnik. Ermənistan Respublikasının silahlı qüvvələri 27 sentyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələrinin mövqelərini, eləcə də yaşayış məntəqələrini intensiv atəşə tutaraq təmas xətti boyunca Azərbaycan Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlamışlar. Bu hərbi təcavüzə cavab olaraq, Azərbaycanın silahlı qüvvələri özünümüdafiə hüququna və beynəlxalq humanitar normalara əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun surətdə  Ermənistanın işğalçı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarını davam etdirir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin bəyanatında deyilir.

Kreml, arxiv şəkli
© Sputnik / Host photo agency / Alexander Vilf

Bildirilir ki, 27 sentyabr 2020-ci ildən bəri şəhər və kəndlərdə - Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə və Xızı - təmas xəttindən (50-250 kilometr)  uzaqda  yerləşən azərbaycanlı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində üçü uşaq olmaqla 30 mülki şəxs öldürülüb və 144-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Həmçinin əhalinin 500-ə yaxın mülkü, o cümlədən xüsusi mülkiyyət, su anbarı və Mingəçevirdəki elektrik stansiyası, Xəzər dənizindən Avropaya xam neft və təbii qaz tədarük edən enerji boru kəmərləri (Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz Boru Kəməri) və Tərtər bölgəsindəki regional məhkəmə binası, Ermənistan silahlı qüvvələrinin atəş hədəfləri olmuşdur.

Bu son hadisələr Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzünün və Azərbaycana qarşı son təxribatlarının davamıdır. Belə ki, 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələri təcavüzkar ekspansionist siyasətini Dağlıq Qarabağ bölgəsindən şimala doğru dəyişdirərək Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi qulluqçuları və mülki şəxsləri öldürərək hərbi mövqelərə və mülki obyektlərə ağır artilleriya zərbələri endirmişdir.

İndiki Ermənistan-Azərbaycan silahlı qarşıdurmasının kökündə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və tarixən Azərbaycan torpaqları olan Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun  qanunsuz işğalı ilə bağlı erməni siyasəti dayanır.

Bu gün Azərbaycan ərazilərinin təxminən 20%-i qeyri-qanuni erməni işğalı altındadır və Azərbaycanın mülki əhalisinə qarşı aparılan etnik təmizləmə nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün evlərindən qovulub, 20 min insan öldürülüb, 50.000 insan yaralanıb və ya əlil olub, təxminən 5.000 Azərbaycan vətəndaşı hələ də itkindır.

1992-ci ilin fevralında Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı misli görünməmiş bir qırğın törədildi. Fevralın 25 dən 26-sına kecən gecə Ermənistan silahlı qüvvələri 106 qadın, 63 uşaq və 70 qoca olmaqla 613 mülki şəxsi öldürdü. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi bu günə qədər bilinmir. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədənlər indiyədək tutulmayıb və məsuliyyətə cəlb olunmayıblar.

Mövcud silahlı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar da daxil olmaqla bütün beynəlxalq diplomatik səylərin Ermənistan hökuməti və rəhbərliyinin qeyri-konstruktiv yanaşması səbəbindən bu günə qədər uğursuz olduğu xüsusi olaraq vurğulanmalıdır.

Ermənistan hökuməti, Dağlıq Qarabağı və ona bitişik rayonlarını Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrini, Qoşulmama Hərəkatı, Avropa Şurası və Avropa Birliyi kimi aparıcı beynəlxalq təşkilatların bir sıra qətnamələrini açıq şəkildə yerinə yetirməmişdir.

Bundan əlavə, “Avropa İnsan Hüquqları Məhkəməsi Çıraqov və başqaları Ermənistana qarşı” çıxardığı qərarında (№ 13216/05, 16 iyun 2015) qeyd olunur: “Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən etibarən Ermənistanın “DQR” üzərində əhəmiyyətli və həlledici təsiri olmuşdur, bu iki qurumun praktik olaraq bütün vacib məsələlərdə yüksək səviyyədə inteqrasiyası bu günə qədər davam edir. Başqa sözlə desək, “DQR” və onun rəhbərliyi Dağlıq Qarabağ və ətraf ərazilər üzərində təsirli nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstək sayəsində yaşayır ... ”.

Azərbaycan Respublikasının  sərhədlərinin xarici təhdidlərə qarşı toxunulmazlığını qoruması və ərazilərindəki hər kəsin insan hüquq və azadlıqlarını təmin etməsı 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüquqa dair bütün vəzifələrinə və öhdəliklərinə uyğundur. Azərbaycan hökuməti hər zaman silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki obyektləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn təməl prinsipinə əməl etdiyini bəyan edir. Bundan əlavə, Azərbaycan silahlı qüvvələri mülki insanları hədəfə alma və ya mülki insanların əmlakına zərər vuran hücumlara qarşı mütləq qadağaya hörmət etmək öhdəliyini təsdiqləyir.

Biz Azərbaycan hökumətinin ərazi bütövlüyünü bərpa etmək və bütün məcburi köçkünlərin hüquqlarını bir daha təsdiq edərək öz evlərinə qayıtmalarını təmin etmək səylərinin tərəfdarıyıq. Bununla, bölgədə həqiqi və davamlı sülhə kollektiv şəkildə nail olmaq mümkündür.

Qanunun aliliyinin gücləndirilməsinə və insan hüquqlarının və əsas azadlıqlarının qorunmasına yönəlmiş çoxtərəfli səylərimizi dəstəkləməyinizi gözləyirik.

Qeyd edək ki, bəyanat dünya ölkələrinin, o cümlədən Avropa Şurasının üzv dövlətlərinin ali məhkəmələrinə göndərilib.

23
Teqlər:
bəyanat, Avropa Şurası, Ali Məhkəmə, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ağdamda mərmilər uçuşur: rayonun müxtəlif kəndlərindəki vəziyyətlə bağlı video
İlham Əliyev: "Azərbaycanlılar hüquqa görə onlara məxsus olan torpaqlara qayıtmalıdırlar"
Azərbaycan Prezidenti: "İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmur"
Ermənilərin təxribatı nəticəsində 30 mülki şəxs həlak olub
Baş Prokurorluq Azıx mağarasını qazıb, Qarabağı talayanlara qarşı hüquqi savaş açdı
Moskvada Gəncənin atəşə tutulması nəticəsində həlak olanlara xatirə lövhəsi

Erməni terrorunun qurbanları dünyanın dörd bir yanında anıldı

7
(Yenilənib 21:54 20.10.2020)
Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Dünyanın bir çox ölkələrində Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, "Çex Respublikasında Azərbaycan İcması" təşkilatının təşəbbüsü ilə Ermənistan ordusunun Gəncə şəhərində törətdiyi təxribata etiraz əlaməti olaraq aksiya keçirilib. Çexiya ictimaiyyətinin diqqətini vandalizm aktlarına yönəltmək üçün soydaşlarımız təsirli bir vasitədən - rəmzi məna daşıyan sahibsiz ayaqqabılardan və oyuncaqlardan istifadə ediblər. Soydaşlarımız hər bir insanı Azərbaycanın haqq səsini eşitməyə və vandalizm aktlarına biganə qalmamağa səsləyiblər. Soydaşlarımızın təşkil etdikləri aksiyada Praqa sakinləri azərbaycanlı şəhid uşaqların "sahibsiz ayaqqabıları"na şahidlik ediblər. Bundan başqa, "Sarı gəlin" mahnısının sədaları altında yekunlaşan aksiyanın sonunda soydaşlarımız meydanı tərk edib, meydanda sahibsiz ayaqqabılar, yanan şamlar və gəlinciklər qalıb.

Yunanıstanda da oktyabr ayının 16-dan 17-nə keçən gecə Gəncədə baş vermiş terrorun qurbanları anılıb.

Estoniyanın Tallin şəhərində Azərbaycan Evinin binası önündə Gəncə hadisələrini əks etdirən xatirə guşəsi yaradılıb.

İspaniyanın Madrid şəhərində, Macarıstanın Budapeşt şəhərində, Özbəkistanın Daşkənd şəhərində, Misirin Qahirə şəhərində, Rusiyanın Moskva şəhərində, İsveçrənin Bern şəhərində, Tacikistanın Düşənbə şəhərində, Litvanın Vilnüs şəhəridə, Böyük Britaniyanın London şəhərində, Çinin paytaxtı Pekində də dəhşətli gecənin qurbanları anılıb.

7
Əlaqədar
“Qızımın vəziyyətinin necə olduğunu hələ də bilmirəm” – Gəncə faciəsinin qurbanı
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi
Zəngilan rayonu

Zəngilan şəhəri 27 il sonra - quş uçuşundan

17
(Yenilənib 21:30 20.10.2020)
Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb: Zəngilanın təbiəti, tarixi abidələri ermənilər tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. "Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntü peyk operatorunun Facebook səhifəsində dərc olunub. "Azərkosmos" bu barədə yazıb:

"Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verdi. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olundu. Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsvirini sizinlə bölüşürük. Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib".

"Azərkosmos" həmçinin qeyd edib ki, Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır. Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

17
Yerevan mənzərəsi, arxiv şəkli

Ermənistanda demoqrafik çöküş: Müharibədən sonra daha da azalacaqlar

0
(Yenilənib 21:39 20.10.2020)
Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Əhalinin artım tempi isə azalmaqdadır.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr - Sputnik. 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bu gedişlə Ermənistanı nə gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, Ermənistanın rəsmi statistikası və ekspertlər də qeyd edir ki, son illərdə bu ölkədə demoqrafik balans kəskin pisləşib:

"Bəzi regionlarda, xüsusi ilə də Ermənistanın Luri regionunda ötən il tarixdə ilk dəfə olaraq depopulyasiya qeydə alınıb. Yəni, əhali sayı kəskin şəkildə azalıb. Ölkədə sosial-iqtisadi vəziyyət də mürəkkəbləşir və bütün bunların fonunda ölkədən böyük köç davam edir. İllik olaraq 35-40 min insan Ermənistanı tərk edir. Bəzi illərdə isə bu rəqəm daha da yüksək olur. Bu şəxslər Ermənistanı daimi əsaslarla tərk edənlərdir. Real olaraq Ermənistanda yaşayanlar isə 2 milyon və hətta bundan bir qədər də azdır".

"Bu şəxslər daimi olaraq xaricdə qalırlar. Sadəcə olaraq erməni vətəndaşlığını da saxlayırlar. Yəni, bu şəxslərin sayı bu gün rəsmi olaraq Ermənistan əhalisinin sayına daxil edilir", - deyə politoloq bildirib.

Dənizkənarı bulvar
© Sputnik / Murad Orujov

İ.Vəlizadə deyir ki, hərbi hissədə qeydiyyatda dayanan şəxslərin də real sayı azdır: "Səfərbərlik qəflətən elan olundu. Bu səbəbdən ölkənin kənarında olan şəxsləri hərbiyə cəlb etmək elə də asan deyil. Düşünmürəm ki, xaricdən könüllü olaraq gəlmək istəyənlərin sayı çox olsun".

Ekspertin sözlərinə görə, getdikcə əhalisinin sayı azalmaqda olan Ermənistanı bununla daha böyük faciə gözləyir:

"Müharibə üçün uyğun yaşda olan, reproduktiv hesab edilən insanların cəbhədə ölmə ehtimalı nəzərə alınsa, deyə bilərik ki, qarşıdakı illərdə Ermənistanın artım tempi daha da aşağı düşəcək. Təcrübə göstərir ki, 80-cı illərdə Ermənistanda əhali artımı ilə 90-cı illərdə qeydə alınan artımı müqayisə etdikdə, rəqəmlər 90-larda 40 faiz azalıb. Bilavasitə olaraq Qarabağ münaqişəsi də bu rəqəmlərə təsir göstərib. Bu isə o deməkdir ki, Qarabağ münaqişəsinin yenidən alovlanması növbəti onilliklərdə əhali sayının 2010-cu illə müqayisədə kəskin şəkildə azalacağını gözləyə bilərik".

Ermənistanda əhalinin illik artım sürətinə nəzər salaq: 1958-ci ildə illik olaraq bu rəqəm 3.72 faiz olubsa, sonrakı illərdə rəqəmlərdə enmə qeydə alınıb. Belə ki, 1966-cı ildə bu rəqəm 2.93, 1983-cü ildə 1.41 faiz olub. 1987-ci ildən isə əhali artımında daha kəskin azalmalar qeydə alınıb. Belə ki, 1987-ci ildən bu rəqəmlər 1.76-dan daha da aşağı enərək 1993-cü ildə 2.32 faizə çatıb. 1994-cü ildən əhali artımında cüzi dinamika qeydə alınsa da, 2014-cü ildən yenidən azalmalar olub. Belə ki, 2014-cü ildən bu yana 2020-ci il ən az əhali artımı olan il kimi qeydə alınıb. Cari ildə əhali artımı 0.19 faiz olub.

Beləliklə, Ermənistan bütün dünya əhalisinin 0.4 faizini təşkil edib. Bununla da Ermənistan əhali sayına görə dünya ölkələri sırasında 137-ci yerdə qərarlaşıb. 1975-ci ildə isə Ermənistan bu siyahıda 118-ci yerdə idi. Gələcək illərdə əhalinin sayı ilə bağlı proqnozlar isə heç də bu ölkə üçün ürəkaçan deyil. Qarşıdakı onilliklərdə Ermənistanda əhali sayının daha da azalacağı, 2050-ci ildə 2 milyon 816 min 112 olacağı proqnozlaşdırılır.

2020-ci ildə Ermənistanda kişilər arasında gözlənilən ömür yaşı 71.8, qadınlar arasında isə 78.9 olub.

Qeyd edək ki, bu rəqəmlər https://www.worldometers.info-da yerləşdirilib və mənbə olaraq BMT, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar göstərilib.

Dünya Bankının məlumatına görə, Ermənistanda bəzi sahələrdə qadınların aktivliyi kişilərlə müqayisədə daha yüksəkdir. Məsələn, ötən il kənd təsərrüfatında çalışanların 32.8 faizini qadınlar, 26.9 faizini isə kişilər təşkil edib. Xidmət sahələrində çalışanların 58.2 faizini qadınlar, 48.9 faizini isə kişilər təşkil edib.

Bu ölkədə qadınların sayı kişilərlə müqayisədə daha yüksəkdir. Belə ki, 2015-ci ilə aid olan rəqəmlərə görə, Ermənistanda qadınların sayı 1 566 461, kişilərin sayı isə 1 391 270 olub.

2018-ci ildə Ermənistanda 0-14 yaşlılar əhalinin 20.63 faizini, 15-64 yaşlılar 68.11 faizini, 65 yaş və daha yuxarı olanlar isə ümumi əhalinin 11.25 faizini təşkil edib. 2012-ci ildə isə Ermənistanda 15-64 yaşlı əhali ümumi əhalinin 69.68 faizini təşkil edib. Doğulanlar arasında kişilərin sayı isə 75 min 160 olub. Həmin ildə qadınlar arasında təbii artım 40 min 29, doöulanların sayı isə 66 min 19 olub.

Torpaqlarımız uğrunda Azərbayanla müharibəni davam etdirən Ermənistanda gənclər arasında işsizlik də yüksək səviyyədədir. Belə ki, 2007-ci ildə gənclər arasında işsizlik 11.62 faiz təşkil edibsə, həmin ildən sonra bu rəqəm durmadan artıb. Gənclər arasında işsizlik həddi 2009-cu ildən 39.87 faizi keçib. Hazırda gənclər arasında işsizlik 35.49 faiz olub.

Ümumilikdə, öncəki illərlə müqayisədə Ermənistanda ölüm statistikası da artıb.

Azərbaycana gəldikdə isə rəqəmlərdə sadəcə olaraq onu qeyd etmək olar ki, 2019-cu ildə ölkəmizdə təbii artım 85 min 263 olub. Doğumların sayı isə 141 min 179 olub. Beləliklə qeyd olunan ildə əhalinin hər min nəfərinə düşən təbii artım 8.7, hər min nəfərə düşən doğum sayı isə 14.3 olub. 2019-cu ildə doğulan kişilər arasında təbii artım 45 min 234 olub.

Azərbaycan əhalisinin 2,4 milyon nəfərini və ya 24,5 faizini gənclər təşkil edir. Bu isə elə Ermənistanın demək olar ki, bütün yaş kateqoriyaları üzrə əhalisinin sayına bərabərdir. 2018-ci ildə ölkədə nikaha daxil olanların 77,0 faizini gənclər təşkil etməsi də müsbət tendensiyalardan biridir.

0