Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva, arxiv şəkli

Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi

25
Qeyd olunan müharibə cinayətlərini törətməklə kifayətlənməyən işğalçı Ermənistan region üçün ciddi ekoloji fəsadlar törədə biləcək və eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməllərinə başlayıb.

BAKI, 7 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulması ilə bağlı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Sputnik Azərbaycan Ombudsman Aparatına istinadla xəbər verir ki, müraciətdə qeyd edilib ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri, sosial, mədəni və strateji əhəmiyyətli obyektlər ağır artilleriya qurğularından, aviasiyadan, xüsusi raket sistemlərindən və qadağan olunmuş silahlardan istifadə edilməklə intensiv şəkildə atəşə tutulmaqda davam edir.

Nəticədə mülki əhali arasında çoxsaylı ölüm və yaralanma halları baş verib, mülki evlərə, tarixi və mədəni abidələrə, inzibati binalara, ticarət mərkəzlərinə və digər sosial obyektlərə ciddi ziyan dəyib.

Qeyd olunan müharibə cinayətlərini törətməklə kifayətlənməyən işğalçı Ermənistan region üçün ciddi ekoloji fəsadlar törədə biləcək və eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməllərinə başlayıb.

Belə ki, işğalçı Ermənistan silahlı qüvvələri 06 oktyabr 2020-ci il, gecə saat 23 radələrindən başlayaraq mülki əhalinin sıx yaşadığı və münaqişə zonasından uzaq olan Yevlax rayonu ərazisini və bu ərazidən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset tipli raket zərbələri ilə atəşə tutub. Raketlər Yevlax rayonu ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 10 metrliyinə düşüb. 300-dən çox kaset tipli bombanın qəlpələri ətrafa yayılıb. Bu isə mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə və təhdiddir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya dövlətləri üçün iqtisadi, siyasi baxımdan, enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malikdir.

Ermənistanın törətmiş olduğu növbəti müharibə cinayəti artıq yalnız Azərbaycan dövlətinə qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlik cinayət hadisəsi olmaqla, qlobal enerji təklükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyır.

Təcili olaraq bütün dünya dövlətlərinə çağırış edərək, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini kaset bombalarla atəşə tutması ilə törədilən növbəti müharibə cinayətinə sərt şəkildə reaksiya verməyə, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək Ermənistanın cinayətkar əməllərinin dayandırılması üçün təcili tədbirlər görməyə çağırıram.

Qeyd edək ki, bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

25
Teqlər:
ombudsman, mülki əhali, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ermənistan ordusu altı rayondakı yaşayış məntəqələrimizi atəşə tutur
Bakı: Qarabağ münaqişəsinin həllinə üçüncü tərəfin cəlb edilməsi zərurəti yoxdur
Ermənistan Bakı-Tbilisi-Ceyhan kəmərinə raket zərbələri endirməyə cəhd edib
Erməni tankları öz artilleriya bölmələrinin atəşinə məruz qalıb
BTC-nin mərmi atəşinə tutulması ilə bağlı cinayət işi açıldı

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi

5
(Yenilənib 19:23 20.10.2020)
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulub.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

5
Əlaqədar
MN: Ermənistana məxsus taktiki PUA Tovuz üzərində məhv edildi
Qarşı tərəfə məxsus daha bir PUA məhv edilib
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
“Professor Gül” gəmi-bərəsi, arxiv şəkli

Bakı limanında gəmilər sevinc fiti verdilər

5
Bakı portundakı gəmilər Zəngilanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

BAKI, 20 oktyabr — Sputnik. Bakı portundakı gəmilər Zəngilan şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

5
Əlaqədar
İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Ali Baş Komandan: Zəngilan bizimdir!