Vladimir Putin və Nikol Paşinyan, arxiv şəkli

Putindən Paşinyana tərs sillə: "Döyüşlər Ermənistan ərazisində getmir"

561
Putin əlavə edib ki, Ermənistan Baş naziri ilə daimi, canlı iş əlaqəsindədir və Ermənistanın Rusiyanın müttəfiqlik öhdəliklərinin yerinə yetirməməsinə dair heç bir sualı yoxdur.

BAKI, 7 oktyabr — Sputnik. Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz bütün öhdəliklərini yerinə yetirəcək, Ermənistanın buna dair heç bir sualı yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

"Bildiyiniz kimi, Ermənistan KTMT-nin üzvüdür. Bu müqavilə çərçivəsində bizim Ermənistan qarşısında müəyyən öhdəliklərimiz var. Çox təəssüflər olsun ki, döyüşlər indi də davam edir. Onlar Ermənistan ərazisində getmir. Rusiyanın KTMT çərçivəsində öz müqavilə öhdəliklərini yerinə yetirməsinə gəldikdə biz həmişə onları yerinə yetirmişik, yetiririk və yetirəcəyik", - deyə Putin qeyd edib.

O əlavə edib ki, Ermənistan Baş naziri ilə daimi, canlı iş əlaqəsindədir və Ermənistanın Rusiyanın müttəfiqlik öhdəliklərinin yerinə yetirməməsinə dair heç bir sualı yoxdur.

561
Teqlər:
Nikol Paşinyan, Vladimir Putin, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Əliyev və Putin ilk dəfə Qarabağdakı döyüşləri müzakirə ediblər
Bakı: Qarabağ münaqişəsinin həllinə üçüncü tərəfin cəlb edilməsi zərurəti yoxdur
Putin Qarabağdakı döyüşlər barədə: "Bu faciədir. Biz çox narahatıq"
Avropa İttifaqı: Qarabağla bağlı danışıqlar ilkin şərt olmadan aparılmalıdır
Paşinyanın zəngi Putinə çatdı: "Əməliyyatları dayandırmaq lazımdır"
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Bərdənin raket atəşinə tutulmasına görə cinayət işi başlanılıb

2
Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

BAKI, 28 oktyabr - Sputnik. Sentyabrın 21-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Bərdə raket hücumundan sonra
© Sputnik / Ibrahim Hashimov

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

Bərdə terrorunun qurbanlarının siyahısı

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Eyvazov: Heç bir təxribat qələbə əzmimizə zəfər yolumuza mane ola bilməz

1
Humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq şəhər və rayonlarımıza atəş açan Ermənistan ordusunun qüvvələri Ordumuz tərəfindən darmadağın edilib.

BAKI, 28 oktyabr — Sputnik. "Düşmən bilməlidir ki, Azərbaycanda dövlət-xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat qələbə əzmimizə və zəfər yolumuza mane ola bilməz".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib.

"Humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə vasitələri Ordumuz tərəfindən darmadağın edilib. Qələbə bizimlədir", - o bəyan edib.

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə