İran və Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov, arxiv şəkli

Rusiya İranın xarici işlər nazirləri Qarabağ məsələsini müzakirə ediblər

113
Moskva və Tehran Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi bölgədə gərginliyin ifrat dərəcədə gərginləşməsindən ciddi narahatlıq keçirirlər.

BAKI, 6 oktyabr - Sputnik. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov və onun iranlı həmkarı Cavad Zərif Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, nazirlər Dağlıq Qarabağda şiddətlənən gərginliklə bağlı narahatlıqlarını ifadə ediblər. 
Rusiya XİN-in yaydığı məlumatda deyilir: "Moskva və Tehran Dağlıq Qarabağda hərbi əməliyyatların getdiyi bölgədə gərginliyin ifrat dərəcədə gərginləşməsindən ciddi narahatlıq keçirirlər. Münaqişəyə Suriya və Liviyadakı qanunsuz radikal silahlı birləşmələrin yaraqlılarının daxil olması təhlükəsinə də eyham vurulub. Qeyd-şərtsiz atəşkəsin başlanmasının zəruriliyi, diplomatik həllin alternativinin olmadığı qeyd edilib". 

Lavrov qeyd edib ki, Rusiya həm beynəlxalq əsasda, həm də ATƏT-in Minsk Qrupunun həmsədri kimi bölgədə sülhün dərhal bərqərar olmasında maraqlıdır. Nazirlər Azərbaycan və Ermənistanın qonşu ölkələri olaraq bu məsələdə vacib rol oynaya biləcəklərini vurğulayıblar.

113
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Nazirlik: Tərtər şəhəri rayonun kəndləri atəşə tutulur

0
Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Mən Gəncəyəm filmin hazırlanması

"Mən Gəncəyəm" - Gəncədə baş verən terror haqqında sənədli film çəkildi

8
(Yenilənib 12:47 27.10.2020)
Filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Gəncə hadisələrini özündə əks etdirən "Mən Gəncəyəm" adlı sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, filmdə ilk dəfə Gəncəyə gedən aktyorun qeydləri və orada yaşanan hadisələr olduğu kimi, real hadisələr əsnasında öz əksini tapıb. Daha böyük auditoriyaya çatdırmaq üçün filmdə ingilis dilində titr da yerləşdirilib.

© Sputnik / Stringer
"Mən Gəncəyəm" filmin hazırlanması

"Mən Gəncəyəm" filminin rejissoru Ramil Ağasıyev açıqlamasında bildirdi ki, oktyabrın 17-də növbəti dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni raket atəşinə tutaraq dinc sakinləri hədəf aldı: "Bu hadisə media vasitəsi ilə dünyaya çatdırılsa da biz bunu film şəklində yerli və xarici dildə təqdim etmək istədik. Bildiyiniz kimi, düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – "Skad" raketlərindən atəşə tutması nəticəsində 14 nəfər həlak olub, 48 nəfər yaralanıb. 10 dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu terrordur. Dinc sakinlərin hədəf alınması düşmənin sağlam təfəkkürünün olmamasından xəbər verir. Biz bu yaşanan hadisələri sənədli film şəklində təqdim etmək qərarına gəldik. Filmdə aktyor Ziya Ağa ilk dəfə Gəncəyə gedir və bu hadisələri öz gündliyində qeyd edir. Əslində, bu, bir insanlıq faciəsidir".

Rejissor açıqlamasında ordumuzun bu günlərdə bir tarix yazdığını və hər bir vətəndaşın öz cəbhəsində döyüşdüyünü əlavə etdi.

Qeyd edək ki, filmin quruluşçu operatoru Fahir Səmədoğlu, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Montajı isə Rasim Ramazanova məxsusdur. Filmdə yaşanan hadisələr aktyor Ziya Ağanın qeydləri ilə təsvir edilir.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə