Hədəfimiz Ermənistan silahlı qüvvələrinə məxsus legitim hərbi hədəflərdir - MN

72
Anar Eyvazov: "Azərbaycan Ordusunun hədəfi yalnız Ermənistan silahlı qüvvələrinə məxsus legitim hərbi hədəflərdir"

BAKI, 6 oktyabr - Sputnik. Azərbaycan hərbi qulluqçularına döyüşün qızğın vaxtında belə döyüşdə iştirak etməyənlərə qarşı necə davranmalı olduqları təlimlərdə aşılanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlarla birgə əməkdaşlıq şəraitində müntəzəm olaraq hərbi qulluqçularımıza mülki əhali və əsirlərlə davranış normalarına dair təlimlər keçirilib. Onlara həmçinin müvafiq bukjletlər paylanıb. Bu bukletlərdə hərbi əməliyyatlar zamanı ilkin tibbi yardım göstərmək, özünü müdafiə etmək, mülki əhali və əsirlərlə davranış qaydaları əksini tapıb. 

"Azərbaycan Ordusunun hədəfi yalnız Ermənistan silahlı qüvvələrinə məxsus legitim hərbi hədəflərdir", - deyən MN sözçüsü, hərbçilərimizə düşmən tərəfin mülki əhalisi ilə humanist davranmaq tapşırığının verildiyini qeyd edib.

72

Prezident: "Bizi heç durdura bilməz"

6
(Yenilənib 21:27 28.10.2020)
İlham Əliyev: "Ermənistan əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək".

BAKI, 28 oktyabr - Sputnik. "Artıq bir aydır ki, müharibə gedir. Bizim xalqımız üçün bu, Vətən müharibəsidir. Biz torpaqlarımızı işğalçılardan azad edirik. Bu, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu gün bir neçə kənd işğalçılardan azad edildi: "Ancaq Ermənistan namərd hücumlarla bizim mülki vətəndaşlarımızı hədəfə alıb. Bir neçə saat bundan əvvəl Bərdəyə bir neçə raketlə atəş açmışdır və bu atəş nəticəsində 21 nəfər mülki şəxs həlak oldu, 70-dən çox dinc insan yaralandı. Ölənlərin sayı arta bilər. Dünən də Ermənistan Bərdəyə, yenə də mülki əhaliyə zərbə vurmuşdur. Bu zərbə nəticəsində dörd nəfər həlak oldu, onlardan biri yeddi yaşlı qız uşağıdır. Döyüş meydanında qabağımızda dura bilməyən Ermənistan bax, belə əxlaqsız addımlarla bizə zərbə vurmaq istəyir, bizi durdurmaq istəyir. Amma buna nail ola bilməyəcək".

"Bir də ki, üçüncü dəfə elan olunmuş və Ermənistanın xahişi ilə razılaşdırılmış atəşkəsi kobudcasına pozur. Birinci dəfə oktyabrın 10-da Moskvada o məlum bəyannamə qəbul olunandan sonra bir gün keçməmiş Ermənistan öz ərazisindən ballistik raketlərlə Gəncə şəhərini atəşə tutmuşdur. Hər kəs bilir ki, bu atəşkəsi Ermənistan pozub, bu dəfə də Ermənistan pozub. İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.

6
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Bərdənin raket atəşinə tutulmasına görə cinayət işi başlanılıb

4
Raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

BAKI, 28 oktyabr - Sputnik. Sentyabrın 21-dən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

Bərdə raket hücumundan sonra
© Sputnik / Ibrahim Hashimov

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-i saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

Bərdə terrorunun qurbanlarının siyahısı

1961-ci il təvəllüdlü Qasımova Solmaz Sədrəddin qızı
1955-ci il təvəllüdlü Süleymanov Hümmət Süleyman oğlu
1969-cu il təvəllüdlü Mustafayeva Leyla Elmir qızı
1972-ci il təvəllüdlü Mirzalıyev Çərkəz Xanlar oğlu
1972-ci il təvəllüdlü Hüseynova Gülşən Mehrab qızı
1995-ci il təvəllüdlü Mirzalıyeva Tükəzban Çərkəz qızı
1983-cü il təvəllüdlü Allahverdiyev Əsgər Mahir oğlu
1990-cı il təvəllüdlü Cəfərov Amil Fazil oğlu
1969-cu il təvəllüdlü Hacıyev Fazil Hacı oğlu
1980-ci il təvəllüdlü Əhmədov Mirsahir Yusif oğlu
1990-cı il təvəllüdlü Kazımov Dəyanət Tahir oğlu
1993-cü il təvəllüdlü Əliyev Sadiq Sahib oğlu
1984-cü il təvəllüdlü Abbasov Ruslan Məhəmməd oğlu
1977-ci il təvəllüdlü Xıdırov İntiqam Ələmdar oğlu
1991-ci il təvəllüdlü Şəfiyev Rəşad Vaqif oğlu
1990-cı il təvəllüdlü İsmayıllı Vasif Vaqif oğlu
1984-cü il təvəllüdlü İsgəndərov Yalçın Rizvan oğlu
1947-ci il təvəllüdlü Quliyev Ağamoğlan Bəylər oğlu
1988-ci il təvəllüdlü İsmayılov Fuad İsa oğlu
1971-ci il təvəllüdlü Mustafayev Məhərrəm Ənvər oğlu
1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı (2020-ci il oktyabrın 27-də xəsarət almış, 2020-ci il oktyabrın 28-də isə vəfat etmişdir)

4
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə