Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Ermənistan ordusunun öldürdüyü mülki azərbaycanlıların videogörüntüləri yayımlandı

109
Baş Prokurorluq Ermənistan ordusunun atdığı mərmilər nəticəsində həlak olan dinc sakinlərlə bağlı video-çarx hazırlayıb.

BAKI, 6 oktyabr — Sputnik. Baş Prokurorluq erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərlə bağlı video-çarx hazırlayıb. Sputnik Azərbaycan Baş Prokurorluğa istinadla xəbər verir ki, Video-çarxda Tərtər, Naftalan , Ağdam Füzuli rayonunda həlak olan şəxslərin foto şəkilləri və onlar haqqında məlumatlar yer alıb.

YouTube / Prokurorluq
Azərbaycan Baş Prokurorluğun həlak olan şəxslər haqqında video-çarxı

Xatırladaq ki, sentyabrın 27-dən bu günə qədər erməni təcavüzü nəticəsində 27 nəfər dinc sakin həlak olub, 141 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun hazırladığı Ermənistan ordusunun atdığı mərmilər nəticəsində həlak olan dinc sakinlərlə bağlı video-çarxı təqdim edir. 

109
Azərbaycan hərbçiləri, arxiv şəkli

Nur içində yat, Dmitri!

12
(Yenilənib 21:46 25.10.2020)
Dmitri Aleksandroviç Solnsev torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

BAKI, 25 oktyabr — Sputnik. "Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

Nur içində yat, Dmitri!".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

12

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

17
(Yenilənib 21:31 25.10.2020)
Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

17
Əlaqədar
Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"