Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 6 oktyabr — Sputnik. "ABŞ-da erməni əsilli diaspor nümayəndələri yeni 1165 nömrəli qətnamə irəli sürərək konqresdə çıxış etmək istəyirlər. Bunun qarşısını almalıyıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentdə bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, cəbhə xəttində uğursuzluğa düçar olan Ermənistan tərəfi ermənipərəst konqresmenləri ələ alaraq Azərbaycana qarşı qətnamə qəbul etdirmək istəyirlər .
T.Gəncəliyev Azərbaycan diasporunu bu qətnaməyə qarşı etiraz etməyi və bunun qarşısını almağa çağırıb: "Azərbaycan diasporuna müraciət edirəm ki, onlara qarşı etiraz məktubları göndərsinlər. Azərbaycan beynəlxalq qanunlar çərçivəsində öz ərazilərini işğaldan azad edir. Heç kəs bizi bu hüququmuzdan məhrum edə biməz. 1165 saylı qətnamənin qəbul edilməsi ilə heç nəyə nail ola bilməyəcəklər. ABŞ Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan ərazisi kimi tanıyır. Ona görə də bu qətnamənin heç bir əsası yoxdur".
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik.
BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.
Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti video-çarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub.#QarabağAzərbaycandır #KarabakhisAzerbaijan pic.twitter.com/cWBOQaLK6P
— Fuad Naghiyev (@fuad_naghiyev) January 18, 2021
Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.
Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.
BAKI, 18 yanvar — Sputnik. Beşinci nəsil (5G) rabitə şəbəkələrinin yerləşdirilməsi ilə koronavirus infeksiyalarının sayının artması arasında əlaqə demək olar ki, yoxdur.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Deloitte" beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan bir araşdırma bunu sübut edib.
Araşdırmada deyilir ki, 2020-ci ildə geniş yayılmış 5G-nin sağlamlığa təsiri ilə bağlı miflərdən biri də 5G şəbəkələrinin yayılması ilə COVID-19 infeksiyalarının artması arasındakı uydurma əlaqədir.
Belə ki, 5G texnologiyasının COVID-19 ötürməsi "nəzəriyyəsi sadəcə gülüncdür, çünki bu mümkün deyil. COVID-19 hava damcıları ilə yayılan və insandan insana ötürülən bir virusdur. Viruslar radio dalğaları vasitəsi ilə yayıla bilməz".
Analitiklər qeyd edir ki, digər bir mif isə, 5G-nin insanların immunitet sistemini zəiflətməsi və onları yoluxucu xəstəliklərə daha həssas edən radiasiya mənbəyi olmasıdır.
Analitiklərin fikrincə, bu da səhvdir.
Böyük Britaniyanın media tənzimləyici qurumu "Ofcom"-un 2020-ci il iyun ayının sonunda apardığı araşdırmaya görə, anket məlumatları dərc olunana qədər olan son bir həftədə respondentlərin 29 faizi COVID-19 haqqında yalan və ya səhv məlumatlarla qarşılaşıb.
Ən çox isə (tədqiqat iştirakçılarının 21%-i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.
Tədqiqat müəllifləri 5G-nin COVID-19 infeksiyasına təsiri ilə bağlı nəzəriyyələrin 2020-ci ildə olduğu kimi 2021-ci ildə də geniş yayılacağını proqnozlaşdırırlar.