İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı, arxiv şəkli

Vüsal Qasımlı Ermənistanın işğal siyasəti barədə dünyanın beyin mərkəzlərinə müraciət etdi

36
"Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir."

BAKI, 5 oktyabr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı dünyanın aparıcı beyin mərkəzlərinə Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətinə son qoyulması mövzusunda müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a İİTKM-dən məlumat verilib.

Müraciətdə deyilir ki, Ermənistanın silahlı qüvvələrinin 2020-ci ilin sentyabr ayının 27-də səhər saatlarında atəşkəs rejimini kobud şəkildə pozaraq başladıqları hərbi təxribat nəticəsində Azərbaycan Respublikasının yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb: "Bu təcavüz nəticəsində Azərbaycanın 24 dinc sakini, o cümlədən 4 uşaq həlak olub. Mülki əhalidən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Xüsusi narahatlıqla bildiririk ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın Gəncə, Xızı, Abşeron, Mingəçevir kimi iri yaşayış məntəqələrinə 10 000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874 və 884 saylı) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn tərəfində olmağa çağırır".

V.Qasımlının müraciət etdiyi 100-dən artıq beyin mərkəzləri arasında ABŞ, Türkiyə, Avropa İttifaqı, Yaponiya, Çin, Rusiya və başqa ölkələrin qurumları var. Müraciətin ünvanlandığı nüfuzlu beyin mərkəzi rəhbərləri bunlardır: Thomas J. Pritzker (CSIS), James M. Acton (Carnegie Endowment for International Peace), Kelly Adams (Heritage Foundation), Adam S. Posen (Peterson Institute for International Economics), Sarah Rosen Wartell (Urban Institute), Rajiv Vinnakota (Wilson Center), Neera Tanden (Center for American Progress), Frederick Kempe (Atlantic Council), Michael D. Rich (RAND Corporation) və s.

36
Teqlər:
işğal, erməni təcavüzü, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
Rusiya, Fransa və ABŞ Qarabağa görə yenə bəyanat yaydılar
Azərbaycan uçuşların təhlükəsizliyinə təminat istəyir
Ermənistan ordusunun açdığı atəş bir neçə rayonun sakinlərini yaralayıb, ölənlər var
Ordumuz təcavüzkar Ermənistanın terror cəhdlərinin qarşısını alıb
Məşhur futbolçudan Azərbaycan xalqına dəstək - "Erməni, təxribatını dayandır"

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

4
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

4
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

16
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

16
Bakıda günəşli hava, arxiv şəkli

Bu hava axırımıza çıxacaq - ekspertlərdən bədbin proqnoz

0
(Yenilənib 22:19 18.01.2021)
Umayra Tağıyevanın sözlərinə görə, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. "Yanvar ayının ilk günlərindən hava çox xoş keçir, mülayimdir. Külək müşahidə olunmur". Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb. O qeyd edib ki, soyuq hava cərəyanları ölkəyə daxil olmur, buna görə də havanın temperaturu çoxillik normadan 2 dərəcəyədək yüksəkdir.

Onun sözlərinə görə, son onilliklərdə iqlimdə istiləşmə gedir.

Belə ki, istiləşmə ölkə ərazisində qeyri-bərabər şəkildə paylanır. Bəzi bölgələrdə göstəricilər daha yüksəkdir, məsələn, 1. 4 dərəcə. Bəzi bölgələrdə 0.8 dərəcə, amma istiləşmə prosesi müşahidə olunur.

İqlimin istiləşməsi nəticəsində qış aylarında şaxtalı günlərin sayı əhəmiyyətli dərəcədə azalıb:

"Azalma varsa, yağıntılar artıq qar şəklində deyil, yağış şəklində düşür. Yağıntıların da miqdarında azalma qeydə alınır. Bu problem nəinki Azərbaycanda, bir çox ölkələrdə baş verir. Bu da iqlim dəyişmələrinin təzahürləridir".

Ekoloq Vaqif Əliyevin Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, iqlim dəyişmələri landşaft qurşaqlarının sərhədlərinin yuxarı irəliləməsinə, isti və mülayim qurşaqların sahəsinin genişlənməsinə, soyuq qurşaqlarının sahəsinin isə azalmasına gətirib çıxarır.

Mütəxəssis qeyd edib ki, dünya üzrə iqlim dəyişmələrinə nəzarət üçün Kiota protokolunun müddəti bitsə də, hələ ki, arzu edilən nəticə əldə edilməyib: "Halhazırda bu protokolun ardınca İqlim Dəyişmələrinə dair Paris çərçivə Konvensiyası bu işi davam etdirir. Bu konvensiyada hər bir ölkə istixana qazlarının emissiyasını azaltmaq üzrə öhtəçilik götürür. Azərbaycan da baza ili kimi 1990 ili seçərək 2030 ilədək istixana effektli qazların emissiyasını 35% azaltmağı hədəf götürüb"

Onun sözlərinə görə, iqlim dəyişmələri havaların istiləşməsi ilə nəticələnir Bu səbəbdən adaptasiya tədbirlərinin görülməsi çox önəmlidir.

İqlim dəyişikliklərinin yaratdığı problemləriu aradan qaldırmaq üçün quraqlığa davamlı yeni bitki növlərinin becərilməsi, əkin sahələri və su hövzələri boyunca su qoruyucu və tarla qoruyucu zolaqların salınması, suvarmada damcılı və yağış suvarma texnologiyalarının tətbiqi, su anbarlarının tikilməsi, sel və daşqınlara qarşı qoruyucu bəndlərin tikilməsi və s. qoruyucu tədbirər görülməlidir.

V. Əliyev vurğulayıb ki, iqlim dəyişikliyi illərlə baş verən bir prosesdir. Məsələn illərlə qar yağmır, külək olmur və birdən qar yağmağa, külək əsməyə başlayır: " Məsələn Abşeron yarımadasında külək, günəş, rütubət var. Burada günəşli günlərin sayı daha azdır və quru hava şəraiti daha çox olur."

Həkim terapevt Xatirə Əhmədovanın sözlərinə görə, havaların anomal keçməsi müxtəlif xəstəliklərin yayılmasına, xüsusilə də soyuqdəyməz adlanan hala gətirib çıxarır.

Buna səbəb isə insanların bədən tempraturlarını tənzimləyə bilməmələri ilə əlaqədardır.

Onun sözlərinə görə, bədən tempraturu tez-tez dəyişdiyinə görə, immunitet zəifləyir. İmmunitet zəiflədiyi zaman xəstəliklərə yoluxma asanlaşır.

"Belə havalarda insan özünü halsız, yuxusuz, iştahsız hiss edir. Bu uzun müddət davam edəndə immunitet zəifləyir və xəstəliyə tutulma riski artır" - deyən həkim belə havalarda havaya uyğun geyinməyi məsləhət görür.

Həkim əlavə edib ki, pandemiyada dönəmi olduğu üçün insanlar sağlamlıqları ilə daha diqqətli davranmalıdır:

"Qidalanmaya, geyim tərzinə xüsusi diqqət yetirilməlidir. Qalın və ya nazik geyinmək olmaz. Özünüzü havaya uyğunlaşdırın. Qidalara gəldikdə isə, vitaminlərlə zəngin qidalara meyvə-tərəvəzə üstünlük verin. Məsələn qaraciyər, yumurta, balıq, banan, portağal və s. qidalara rasionunuzda daha çox yer ayırın".

Mütəxəssislərə görə, anomal hava şəraitində daha çox tərləmədən qorunmaq lazımdır. Çünki bədən tərli ikən, soyuqlama daha tez baş verir.

0