Prezident: Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır

11
(Yenilənib 18:39 05.10.2020)
"Biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir"

BAKI, 5 oktyabr — Sputnik. Biz bu məsələni tarixi ədalət əsasında həll etməliyik. Tarixi ədalət onu deyir ki, Qarabağ qədim Azərbaycan torpağıdır və bütün tarixi sənədlər, bütün tarixi abidələrimiz bunu göstərir. Eyni zamanda, biz həmişə müzakirə masasında çox müsbət davranış nümayiş etdirmişdik və müzakirə masasında olan təkliflər də bu məsələnin həllini mümkün edir.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bunu "TRT Haber" telekanalına müsahibəsində təklifləri şərh edərkən söyləyib.

Prezidenti mərhələli həll variantı barədə danışaraq deyib: "İlk mərhələdə ermənilər beş bölgədən çıxır, sonrakı mərhələdə daha iki bölgədən çıxırlar, ondan sonra vaxtilə Dağlıq Qarabağın ərazisindən qovulmuş azərbaycanlılar Dağlıq Qarabağa qayıdırlar, o cümlədən Şuşaya qayıdırlar, iki toplum çərçivəsində artıq həyat bərpa edilir, Ermənistan-Azərbaycan arasındakı sərhəd açılır, ticarət başlanır, ondan sonra insanlar bir-biri ilə təmasa girirlər və beləliklə, sülh gələcək. Yəni bu, bizim mövqeyimizdir və bu, beynəlxalq vasitəçilərin, həmsədrlərin də münasibətidir. Ermənistan bunu qəbul etmir. Bundan əlavə, Ermənistanın müdafiə naziri bir neçə ay öncə demişdir ki, biz yeni torpaqlar uğrunda yeni müharibəyə başlamalıyıq".

11
Teqlər:
müsahibə, TRT, Azərbaycan prezidenti İlham Əliyev, dinc sakinlər, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (751)
Əlaqədar
Peskov Azərbaycan və Türkiyə ilə dialoq haqqında danışıb
Ermənistan vətəndaşları Azərbaycanı tərk edib, öz torpağında yaşasalar, onda sülh olacaq
Sonuncu şərt: İlham Əliyev Paşinyandan son tarix barədə qrafik istədi
Paşinyan "Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu
İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq
Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür

36
Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür.

Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında deyilir.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir.

36
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (751)
Tərtər rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Nazirlik: Tərtər şəhəri rayonun kəndləri atəşə tutulur

10
Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

BAKI, 27 oktyabr — Sputnik. Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.

10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.

Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.

Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (751)
Bakıda maska taxmış şəxs

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

0
"Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq".

BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemtyası ilə bağlı əhaliyə müraciət edib.

Sputnik Azərbaycan həmin müraciəti təqdim edir:

"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

0