Atılan raketlərin çoxu havadaca məhv edilir Hikmət Hacıyev

163
Hikmət Hacıyev vurğulayıb ki, baş verən hadisələr Ermənistanın siyasi rəhbərliyinin acizliyini və çarəsiz vəziyyətdə olduğunu göstərir

BAKI, 5 oktyabr — Sputnik. "Azərbaycan Hərbi Hava Qüvvələri atılan raketlərin bir çoxunu havadaca məhv edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə bildirib.

Hikmət Hacıyev vurğulayıb ki, baş verən hadisələr Ermənistanın siyasi rəhbərliyinin acizliyini və çarəsiz vəziyyətdə olduğunu göstərir: "Ermənistanın burada əsas məqsədi cəmiyyətdə təşviş yaratmaqdır. Bu, vandalizm aktıdır".

O, eyni zamanda qeyd edib ki, düşmənin istifadə etdiyi raketlərin çoxu köhnədir.

163
Teqlər:
Azərbaycan Silahlı Qüvvələri, Hikmət Hacıyev, raket zərbələri, erməni təxribatı, Dağlıq Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)
Əlaqədar
Ermənistan silahlı qüvvələri mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir
Atəşə tutulan Gəncədə qazın verilişində məhdudiyyət var
AZAL: Ermənistanın raketlərlə atəş açması beynəlxalq uçuşlar üçün təhlükədir
Ermənistan ordusunun atəşləri nəticəsində 25 mülki şəxsimiz həlak olub
Ermənistan SQ növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atıb

Diplomatik korpusların nümayəndələri Bərdə Tərtərə gedir

4
(Yenilənib 09:47 29.10.2020)
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 29 oktyabr - Sputnik. “Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

“Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Bizim diplomatik korpusumuza canı yanma üçün təşəkkür edirik!”

Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

4
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

65
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

65
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (808)