Tərtərdə erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Ermənistan ordusunun atəşləri nəticəsində 25 mülki şəxsimiz həlak olub

16
(Yenilənib 16:10 05.10.2020)
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan SQ genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub

BAKI, 5 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrinin ağır artilleriyadan atəşə tutulması nəticəsində baş vermiş itkilərlə bağlı son məlumat açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu saatadək olan son rəqəmlər belədir:

Həlak olmuş şəxslərin sayı - 25

Yaralanmış şəxslərin sayı - 127

Ziyan dəymiş mülki obyektlərin sayı - 56

Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı- 313-dür.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl şəhəri və bir sıra kəndlərimiz - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Nüzgar, Böyük Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Yuxarı Maralyan, Şəybəy, Quycaq, Daşkəsən, Cəfərabad, Karxulu, Şükürbəyli, Horovlu, Çərəkən, Mahmudlu və Decal, Tərtər rayonunun Suqovuşan (Madagiz) və Talış yaşayış məntəqələri işğaldan azad edilib.

16
Teqlər:
Baş Prokurorluq, ölənlər və yaralılar, mərmi, artilleriya, raket zərbələri, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi

Ermənistan ordusunun döyüş meydanından qaçan qüvvələri məhv edilib VİDEO

3
(Yenilənib 20:41 28.10.2020)
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin birləşmələrinə zərbələr endirməkdə davam edirlər.

Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

15
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

15
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO