Azərbaycan Ordusunun hərbi qulluqçuları, arxiv şəkli

Baş Prokurorluq Silahlı Qüvvələrə yardım fonduna bir milyon 280 min manat köçürdü

21
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları Silahlı Qüvvələrə yardım Fonduna 1 milyon 280 min manat vəsait köçürüblər. Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, işğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir.

Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun ən yüksək səviyyədə təchizatı təmin edilir.

Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, vətənpərvərlik hissini daha da artırmışdır. Vətəndaşlarımız kütləvi könüllü yazılır, cəbhə üçün, qələbə üçün hər şey etməyə hazır olduqlarını bildirirlər.

Prokurorluq işçiləri fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəbhədə qələbələrimizdən ruhlanan Respublika Baş Prokurorluğu, Respublika Hərbi Prokurorluğu və tabe rayon, şəhər prokurorluq orqanlarının işçiləri həmrəylik nümayiş etdirərək könüllü olaraq 1 aylıq əmək haqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər.

Bu addım ordumuza həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan prokurorluq orqanlarının əməkdaşları bu şərəfli yolda dövlət başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

21
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)
Əlaqədar
İlham Əliyev və Mehriban Əliyeva bir aylıq əmək haqlarını ordumuza bağışladılar
Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Dövlət qurumlarından Ordumuza dəstək
Vətəndaşlar öz təşəbbüsləri ilə ön cəbhəyə yardım göndərirlər - kimi pul, kimi geyim...
Deputatlar da Orduya dəstək kampaniyasına qoşuldular
Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

10
(Yenilənib 14:16 09.05.2021)
Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

BAKI, 9 may — Sputnik. İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
  • Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Şuşada Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

10
Şuşa şəhəri, arxiv şəkli

Şuşada yeni məktəb tikiləcək

22
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

 

BAKI, 8 may — Sputnik. Prezident İlham Əliyev Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

22
Dayanma-durmaya qaydaları pozan avtomobillər

BNA: Nəqliyyat vasitələrini səkilərdə ağacların altında park etməyin

0
Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

BAKI, 9 may — Sputnik. Proqnozlaşdırılan güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) sürücülərə etdiyi müraciətdə qeyd edilir:

"Piyadalara digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalarını, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.Ümumi hərəkətin təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə və ağacların altında park etməyin"-deyə müraciətdə bildirilir.

0