Tərtərdə erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Ermənistan ordusunun atəşi nəticəsində səkkiz gündə 24 dinc azərbaycanlı həlak olub

96
(Yenilənib 12:45 05.10.2020)
Sentyabrın 27-dən bu günə qədər 24 nəfər mülki şəxs həlak olub, 121 nəfər xəsarət alıb. 56 mülki obyekt, 306 yaşayış evi yararsız vəziyyətə düşüb

BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı infoqrafika yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 27-dən bu günə qədər 24 nəfər mülki şəxs həlak olub, 121 nəfər xəsarət alıb. 56 mülki obyekt, 306 yaşayış evi yararsız vəziyyətə düşüb.

96
Teqlər:
raket mərmisi, raket, atəş, dinc əhali, azərbaycanlılar, Ermənistan ordusu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (559)
Əlaqədar
Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub - VİDEO
Ermənistan ordusu şəhərlərimizi atəşə tutur
Politoloq: “ATƏT-in Minsk qrupunun edə biləcəyi bir şey yoxdur”
Torpaqlarımız azad olandan sonra danışıqlar mümkündür - Azərbaycanın Fransa səfiri
Ermənistanın Mingəçevirə atdığı üç raketdən ikisi partlamayıb, beş mülki şəxs yaralanıb

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi

0
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

0
“Professor Gül” gəmi-bərəsi, arxiv şəkli

Bakı limanında gəmilər sevinc fiti verdilər

3
Bakı portundakı gəmilər Zəngilanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

BAKI, 20 oktyabr — Sputnik. Bakı portundakı gəmilər Zəngilan şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

3
Əlaqədar
İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Ali Baş Komandan: Zəngilan bizimdir!