Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Şofer Popovla danışıb: Ermənistan ərazilərimizdən çıxmalıdır!

61
(Yenilənib 21:05 04.10.2020)
 Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun ABŞ və Rusiyadan olan həmsədrləri ilə danışıb.

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Endryu Şofer arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Amerikalı həmsədrə bölgədəki yüksək gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü atəşə tutması barədə məlumat verib. 

Nazir təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərini, o cümlədən Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin raket atəşinə tutulmasının mülki əhali arasında itki və infrastrukturun məhv olması ilə nəticələndiyini vurğulayıb.

Ceyhun Bayramov, arxiv şəkli
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation

Endryu Şoferə məlumat verilib ki, bu günə qədər Ermənistanın açdığı atəş nəticəsində 24 azərbaycanlı mülki şəxs şəhid olub, 111 nəfər isə yaralanıb. Vurğulanıb ki, Ermənistan bu hərbi təxribatları həyata keçirməklə dinc əhalini terrora məruz qoymaq, hədələmək və çaxnaşma yaratmaq məqsədi güdür. Nazir, bunun Ermənistanın siyasi-hərbi rəhbərliyinin terror taktikasını açıq şəkildə nümayiş etdirdiyini qeyd edib.

Bölgədəki gərginliyin artmasından ciddi narahatlığını ifadə edən Endryu Şofer, atəşkəsə riayət edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir Ceyhun Bayramov, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistanın bütün silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının bölgədə sülhün təmin olunması baxımından zəruri olduğunu bildirib.

Qeyd edək ki, Ceyhun Bayramov bu gün ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popovla da telefonla danışıb.

61

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi

1
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

1
“Professor Gül” gəmi-bərəsi, arxiv şəkli

Bakı limanında gəmilər sevinc fiti verdilər

4
Bakı portundakı gəmilər Zəngilanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

BAKI, 20 oktyabr — Sputnik. Bakı portundakı gəmilər Zəngilan şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

4
Əlaqədar
İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Ali Baş Komandan: Zəngilan bizimdir!