Prezidentin köməkçisi Gəncə, Tərtər Horadizin atəşə tutulması barədə

538
(Yenilənib 11:20 04.10.2020)
Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılıb.

BAKI, 4 oktyabr - Sputnik. "Ermənistanın siyasi hərbi rəhbərliyinin hərbi və müharibə cinayətləri davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. 

"Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub.

Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılıb.

Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar var.

Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılıb. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib.

Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir.

Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildə  bombarduman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir.

Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir.

Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir.

Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur.

Azərbaycan tərəfi beynəlxalq humanitar hüquqi və Cenevrə Konvensiyalarını rəhbər tutaraq aidiyyəti beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya və raket atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar etmişdi. Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır.

Artilleriya və raket hücumlarının əksəriyyəti Xankəndi şəhəri yaxınlığındakı artilleriya bazalarından həyata keçirilir.

Azərbaycan Respublikası silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür.

Azərbaycan Respublikası dəfələrlə bəyan etmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Ermənistanın siyasi-hərbi rəhbərliyi bütün region üçün təhlükədir. 

Regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən tam şəkildə çıxarılmalıdır", o vurğulayıb. 

538
(1:22 / 8.24Mb / просмотров видео: 4)

“Ölməyə hazıram, təki torpaqlar qayıtsın”: Ağdamda mərmi yağışı davam edir video

2
(Yenilənib 18:15 20.10.2020)
Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunu durmadan ağır artilleriyadan atəşə tutmağa davam edir. Paşabəyli kəndində 23 yaşlı qadın evinə qayıdarkən xəsarət alıb. Daha ətraflı – videomuzda.

Ağdamın Paşabəyli kənd sakinləri mərmi səslərinə artıq alışıblar. Amma buna baxmayaraq, onlar təsərrüfat işləri ilə məşğul olmağa, sahələrində işləməyə davam edirlər. Bəlkə, məhz bu, onların həyatlarını qurtarmağa kömək edib. Belə ki, mərmi kənd sakini İlqar Məmmədovun evinə düşdüyü anda bütün ailə sahədə çalışırmış.

Daha bir mərmi dirəyə dəyərək partlayıb. Sahədən qayıdan 23 yaşlı Çiçək Məhyəddinli xəsarət alıb. O, dərhal Ağdam MRX-ya çatdırılıb, qəlpələri çıxarılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu deyiblər.

Atılan mərmilərdən Bənövşələr qəsəbəsində də 3 nəfər mülki şəxs xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

2
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

6
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

6
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"