QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi Ermənistana Ballıca ilə bağlı xəbərdarlıq etdi

Abunə olmaq
Ermənistanı növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.

BAKI, 4 oktyabr - Sputnik. Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu, hələ də davam edir.
Ermənistanı növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək.

Xəbər lenti
0