QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ali Baş Komandan: Suqovuşana Azərbaycan bayrağı sancıldı

© Sputnik / Ilham MustafayevФлаг Азербайджана
Флаг Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib

BAKI, 3 oktyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı bu sözləri yazıb: "Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!"

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin (Suqovuşan) işğaldan azad olunması münasibətilə təbrik edib. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir", - deyə məlumatda bildirilir.

Xəbər lenti
0