Artilleriya bölmələrinin atəşi, arxiv şəkli

Ermənistanın səhra idarəetmə məntəqəsinin məhv edilməsinin videogörüntüləri yayılıb

180
(Yenilənib 18:10 02.10.2020)
Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

BAKI, 2 oktyabr — Sputnik. Düşmənin səhra idarəetmə məntəqəsi, üzərindəki Ermənistan bayrağı və qondarma rejimin asılan əski parçasının göyə sovurulması, eləcə də tanklarının məhv edilməsinin videogörüntüləri yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, videogörüntülər Azərbaycan Müdafiə Nazirliyinin "Telegram" kanalında yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-si isə Azərbaycan Ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

180

İdman zalı sağlam qidalanma: rus sülhməramlıları Qarabağda necə yaşayır

19
(Yenilənib 10:26 15.01.2021)
Rus hərbçiləri Dağlıq Qarabağda üç blok-modul tipli şəhərcik inşa edib. Orada təhlükəsizliyi təmin etmək və atəşkəs rejiminə nəzarət məqsədi ilə təxminən 400 sülhməramlı yerləşdirilib.

Videodakı kadrlardan da göründüyü kimi yaradılmış infrastruktur hərbçilərə özlərini evlərindəki kimi hiss etməyə imkan verir. Hər belə obyekt avtonom olmaqla yanaşı, istənilən təbii şərait üçün uyğundur.

Modul tipli şəhərcik fasiləsiz elektrik, su və istilik təchizatı ilə təmin olunub. Hərbi şəhərciklərin ərazisində idman zalı, hamam, yeməkxana, istirahət otağı və tibb məntəqəsi də var. Yaşayış hissəsi bütün lazımi mebel və məişət texnikası ilə təchiz edilib.

Yaxın gələcəkdə daha beş belə obyektin inşası planlaşdırılır ki, orada da təxminən 540 hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.

19

Ağdam rayonunun Şelli kəndi - VİDEO

6
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, erməni işğalçıları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də tərk ediblər

BAKI, 16 yanvar — Sputnik. Müdafiə Nazirliyi erməni işğalından azad olunan Ağdam rayonunun Şelli kəndindən videogörüntülər hazırlayıb.

Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

6
Teqlər:
video, kənd, Ağdam
Mayk Pompeo, arxiv şəkli

Pompeodan dünyanı çalxalayacaq bəyanat

0
(Yenilənib 22:17 16.01.2021)
Pompeo qeyd edib ki, hələ 2019-cu ilin yayında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub

BAKI, 16 yanvar - Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo koronavirusun Çinin dövlət laboratoriyalarında hazırlandığını təsdiq edən sənəd yayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Departamentinin saytındakı yazılı bəyanatda deyilir. 

"Bu həftə Çinə gələn ÜST-ün istintaq qrupunun həyati vacib fəaliyyətinə kömək etmək üçün Amerika Birləşmiş Ştatlarının hökuməti bu gün Çinin dövlət laboratoriyalarının 2019-cu ildəki fəaliyyəti barədə yeni informasiyanı paylaşır", - bəyanatda deyilir.

Pompeo qeyd edib ki, hələ 2019-cu ilin payızında Uhanın virusologiya institutunda bir neçə əməkdaş koronavirusa bənzəyən xəstəliyə yoluxub. 

Dövlət katibi həmçinin bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-CoV-19 ilə 96% identikdir.

Xatırladaq ki, pandemiya başlayandan dünyada 94 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox insan COVID-19 xəstəliyindən dünasını dəyişib.

0
Teqlər:
Mayk Pompeo, ABŞ, laboratoriya, Çin, Uhan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası