Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Dağlıq Qarabağ qurtulana kimi mübarizə davam edəcək"

322
(Yenilənib 17:17 02.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik".

BAKI, 2 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Konya şəhərində xəstəxananın açılışında iştirak edib. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbər görə, o, açılış mərasimində çıxış edərkən Qarabağ münaqişəsinə növbəti dəfə öz münasibətini bildirib.

Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ qurtulana kimi mübarizə davam edəcək:

"Ermənistan qətiyyən gözləmədiyi vəziyyətlə qarşılaşdı. Dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik".

Ərdoğan daha əvvəl qeyd etmişdi ki, Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından çıxmasından keçir.

322
Əlaqədar
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"
Ərdoğan Qarabağdakı döyüşlərdən danışdı: "İndi nəticə əldə etmək zamanıdır
Ərdoğan Türkiyədə yaşayan ermənilərlə bağlı tapşırıq verdi
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Füzuli, Xocavənd Qubadlıda Ermənistan ordusunun hücum cəhdlərinin qarşısı alınıb

40
(Yenilənib 08:04 29.10.2020)
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

BAKI, 29 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

40
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

47
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

47
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

0
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

0