Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Ermənilər Tərtər şəhərini onun qəsəbəsini intensiv artilleriya atəşinə tutur

63
(Yenilənib 17:02 02.10.2020)
Müdafiə Nazirliyi: Oktyabrın 2-də Azərbaycan Ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

BAKI, 2 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğan-verdilər kəndini intensiv artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb. Oktyabrın 2-si isə Azərbaycan Ordusu Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və hazırda bu məntəqəni nəzarətdə saxlayır.

63
Əlaqədar
Madagizdəki Ermənistan əsgərləri arasında atışma olub
Müdafiə Nazirliyi: "Madagizdəki erməni əsgərlər döyüşə girməkdən imtina edirlər"
Müdafiə Nazirliyi: "Artıq Ermənistan cəbhəyə qadınlarını göndərir"
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edilib
Azərbaycanın yaşayış məntəqələri hədəfdə: Ermənistan ordusu raket atəşinə tutur

Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər

2
(Yenilənib 20:30 18.01.2021)
Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Alolar kəndindən videogörüntülər təqdim edib. Həmin görüntüləri təqdim edirik. 

2
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

16
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

16
5G loqosu smartfonun ekranında, arziv şəkli

Koronavirusla 5G-nin heç bir əlaqəsi yoxmuş

0
(Yenilənib 21:01 18.01.2021)
Ən çox isə (tədqiqat iştirakçılarının 21% -i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

BAKI, 18 yanvar — Sputnik. Beşinci nəsil (5G) rabitə şəbəkələrinin yerləşdirilməsi ilə koronavirus infeksiyalarının sayının artması arasında əlaqə demək olar ki, yoxdur.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Deloitte" beynəlxalq konsaltinq şirkəti tərəfindən aparılan bir araşdırma bunu sübut edib.

Araşdırmada deyilir ki, 2020-ci ildə geniş yayılmış 5G-nin sağlamlığa təsiri ilə bağlı miflərdən biri də 5G şəbəkələrinin yayılması ilə COVID-19 infeksiyalarının artması arasındakı uydurma əlaqədir.

Belə ki, 5G texnologiyasının COVID-19 ötürməsi "nəzəriyyəsi sadəcə gülüncdür, çünki bu mümkün deyil. COVID-19 hava damcıları ilə yayılan və insandan insana ötürülən bir virusdur. Viruslar radio dalğaları vasitəsi ilə yayıla bilməz".

Analitiklər qeyd edir ki, digər bir mif isə, 5G-nin insanların immunitet sistemini zəiflətməsi və onları yoluxucu xəstəliklərə daha həssas edən radiasiya mənbəyi olmasıdır.

Analitiklərin fikrincə, bu da səhvdir.

Böyük Britaniyanın media tənzimləyici qurumu "Ofcom"-un 2020-ci il iyun ayının sonunda apardığı araşdırmaya görə, anket məlumatları dərc olunana qədər olan son bir həftədə respondentlərin 29 faizi COVID-19 haqqında yalan və ya səhv məlumatlarla qarşılaşıb.

Ən çox isə (tədqiqat iştirakçılarının 21%-i tərəfindən qeyd edilib) "COVID-19 və 5G texnologiyası arasında əlaqə tapan nəzəriyyələrə rast gəlinib.

Tədqiqat müəllifləri 5G-nin COVID-19 infeksiyasına təsiri ilə bağlı nəzəriyyələrin 2020-ci ildə olduğu kimi 2021-ci ildə də geniş yayılacağını proqnozlaşdırırlar.

0