МО Азербайджана сообщило об уничтожении боевой техники ВС Армении

Ermənistanın əsas hərbi infrastruktur logistika sistemlərinə sarsıdıcı zərbələr vurulub

271
(Yenilənib 15:52 02.10.2020)
Hikmət Hacıyev: Bu bazaların qısa müddət ərzində sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin müqavimətinin sıradan çıxarılması deməkdir.

BAKI, 2 oktyabr — Sputnik. "Əməliyyatların gedişi onu göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın cəbhədəki nailiyyətləri Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır: "İşğal altında olan ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturu, logistika sistemlərinə çox ciddi zərbələr vurulub. Vətəndaşlar bilməlidir ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərimizdə hərbi infrastruktur, istehkam sistemləri qurulub. Bu bazaların qısa müddət ərzində sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin müqavimətinin sıradan çıxarılması deməkdir".

271
Əlaqədar
Dünyanın aparıcı KİV-ləri Azərbaycana dəvət edildi
Rəsmi Bakı: Azərbaycan xalqı bu riyakar siyasəti heç vaxt unutmayacaq
Onların sırasında durmaqdan böyük şərəf hiss duyardıq - Hikmət Hacıyev
(1:22 / 8.24Mb / просмотров видео: 2)

“Ölməyə hazıram, təki torpaqlar qayıtsın”: Ağdamda mərmi yağışı davam edir video

0
(Yenilənib 18:15 20.10.2020)
Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunu durmadan ağır artilleriyadan atəşə tutmağa davam edir. Paşabəyli kəndində 23 yaşlı qadın evinə qayıdarkən xəsarət alıb. Daha ətraflı – videomuzda.

Ağdamın Paşabəyli kənd sakinləri mərmi səslərinə artıq alışıblar. Amma buna baxmayaraq, onlar təsərrüfat işləri ilə məşğul olmağa, sahələrində işləməyə davam edirlər. Bəlkə, məhz bu, onların həyatlarını qurtarmağa kömək edib. Belə ki, mərmi kənd sakini İlqar Məmmədovun evinə düşdüyü anda bütün ailə sahədə çalışırmış.

Daha bir mərmi dirəyə dəyərək partlayıb. Sahədən qayıdan 23 yaşlı Çiçək Məhyəddinli xəsarət alıb. O, dərhal Ağdam MRX-ya çatdırılıb, qəlpələri çıxarılıb. Həkimlər onun vəziyyətinin kafi olduğunu deyiblər.

Atılan mərmilərdən Bənövşələr qəsəbəsində də 3 nəfər mülki şəxs xəsarət alıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

© Sputnik / Leyla Orujova / Ibrahim Həşimov

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

0
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Bütün imkanlarımızla Azərbaycanı dəstəkləyəcəyik - Türkiyənin Milli Müdafiə naziri

3
(Yenilənib 18:30 20.10.2020)
Hulusi Akar: "Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik".

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Atəşkəsi pozan Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur, uşaq qadın demədən günahsız xalqı qətlə yetirməyə davam edir. Azərbaycan Silahlı Qüvvələri həyatını itirən mülki əhalinin qanını yerdə qoymayacaq", - deyə Akar bildirib.

Akar Azərbaycanı bütün imkanları ilə dəstəkləyəcəklərini əlavə edib:

"Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın yanında olacağıq, haqq mübarizələrində bütün imkanlarımızla onları dəstəkləyəcəyik."

3
Əlaqədar
"İki dövlət, tək millət. Azərbaycan, yanındayıq" - Qardaş ölkənin dəstəyi davam edir
Hulusi Akar - Cavablarını veririk
Hulusi Akar: "Ermənistan həddini aşdı, bizimsə daha 30 il gözləməyə səbrimiz yoxdur"
Hulusi Akar: "Ermənistan muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir"