Partlayış, arxiv şəkli

Müdafiə Nazirliyi: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

95
Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb

BAKI, 1 oktyabr — Sputnik. Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Bir daha bildiririk ki, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir.

Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib", - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

95
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (608)
Əlaqədar
Kəndlər atəşə tutuldu, ata və oğlu həlak oldular
Fərid Şəfiyev: "Makronun fikirləri Fransanın həmsədrliyini şübhə altına qoyur"
Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub
Yaşayış məntəqələrimiz yenidən artilleriya atəşinə tutulur
Ermənistanın təcavüzü nəticəsində həlak olan mülki şəxslərin adları açıqlandı
Milli Məclisin iclası, arxiv şəkli

Vəngin Çinarlı adlandırılması haqqında qanun layihəsi plenar iclasa tövsiyə edilib

4
(Yenilənib 14:28 22.10.2020)
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

BAKI, 22 oktyabr — Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, aparılan müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

4
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri

Suqovuşan Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb

10
(Yenilənib 14:25 22.10.2020)
Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi

BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a agentlikdən məlumat verilib.

Bildirilib ki, ümumi uzunluğu 29 km olan avtomobil yolları IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edəcək.

Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır. Hazırda yol boyu yararsız qrunt qazılaraq çıxarılır, yararlı qruntla əks-dolğu işləri aparılır, torpaq yatağı bərpa olunur və yeni yol əsası inşa edilir.

  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
  • Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri
    © Azerbaijan Highway State Agency
1 / 4
© Azerbaijan Highway State Agency
Suqovuşan və Talış kəndlərinə gedən yolların bərpası işləri

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Yolun tikintisi Suqovuşan su anbarından Tərtər şəhərinə doğru uzanan və uzun illərdən sonra suyuna qovuşan kanalın kənarı ilə aparılır.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

10
Bakıda tibbi maskada olan insanlar, arxiv şəkli

TƏBİB gənclərə xəbərdarlıq etdi

0
(Yenilənib 14:29 22.10.2020)
Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

BAKI, 22 oktyabr — Sputnik. "Xüsusən cavanlarımız maska taxmaqdan çəkinirlər, buna ciddi yanaşmırlar. Çünki əmindirlər ki, xəstəliyi yüngül keçirəcəklər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva bildirib ki, cavanlar evlərindəki nənə-babanın bu xəstəliyə yoluxduğu zaman gözlənilən nəticəni düşünmürlər: "Onlar düşünmürlər ki, nənə-baba artıq bu xəstəliyi evdə yüngül müşahidə altında keçirə bilməyəcək. Bizdə evdə müalicə alan xəstələr arasında ona görə ağırlaşmalar qeydə alınmır ki, biz onların vəziyyətinə, yaşına baxırıq. Xroniki xəstəliyi olan insanı biz evdə müşahidə altında saxlamırıq. Biz onu birbaşa xəstəxanada saxlayırıq. Buna görə də gənclər bu məsələyə ciddi yanaşmalıdırlar".

Y.Qarayeva bu məsələdə ictimai qınağın olmasını vacib bilib. O qeyd edib ki, Ordumuza dəstək olmaq istəyənlər COVID-19 mübarizəsinə qoşulsunlar.

0