Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

Azərbaycan XİN muzdlular barədə iddialara cavab verdi

82
"İki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil"

BAKI, 1 oktyabr - Sputnik. "Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur".

Sputnik Azərbaycan bildirir ki, bunu bəzi xarici media agentlikləri tərəfindən yayılan guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddialara dair şərh verərkən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür", - o bildirib.

L.Abdullayevanın sözlərinə görə, illərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür.

"Bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır. Müxtəlif mənbələr guya ki, Azərbaycana bir-neçə yüz civarında muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır; iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil.

Bir daha, Azərbaycana qarşı aparılan bu çirkin iddiaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq", - XİN rəsmisi vurğulayıb.

82
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Vüqar Muradov, arxiv şəkli

Tanınmış müğənni Şuşa fatehinə mahnı həsr edib - VİDEO

647
(Yenilənib 22:00 20.01.2021)
Müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur. Sözügedən mahnı baş leytenant Asəf Ağayev başda olmaqla, bütün şəhidlərimizə həsr olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Tanınmış müğənni, "Yeni ulduz" müsabiqəsinin qalibi, Azərbaycanın Böyük Vətən müharibəsinin qazisi Vüqar Muradov 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olmuş baş leytenant Asəf Ağayev də daxil olmaqla, bütün şəhidlərə mahnı həsr edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənninin "Şəhid" ("Qarabağ") adlı mahnısının sözləri Abil İslama, musiqisi Arif Səlimova məxsusdur. Klipin rejissoru Tural Nusalovdur.

Məlumat üçün bildirək ki, Asəf Ağayev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonundan Şuşa şəhərinə qədər döyüş yolu keçib. Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərmiş hərbçilərimizdən biri olub. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bundan başqa, Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Asəf Ağayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

647
Teqlər:
şəhid, Şuşa, mahnı, Vüqar Muradov
Tünzalə Ağayeva hərbi qulluqçularla birgə

Xalq artisti Şuşada klip çəkdirib - VİDEO

44
(Yenilənib 19:33 20.01.2021)
Mahnı Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Xalq artisti, bəstəkar və müğənni Tünzalə Ağayeva mədəniyyət paytaxtımız olan Şuşada klip çəkdirib. Kliplə bağlı Sputnik Azərbaycan-a məlumat verən müğənninin prodüseri Yalçın Cabbarovun sözlərinə görə, mahnının adı "Şuşam mənim" adlanır: "Mahnı Azərbaycanın Xalq şairi Rəsul Rzanın eyniadlı şeirinə bəstələnib. Mahnının bəstəsi Tünzalə xanıma məxsusdur. Klipin ssenari müəllifi Günel Anarqızı, rejissoru Ülviyyə Könül, operatoru Elmir Süleymanovdur".

Посмотреть эту публикацию в Instagram

Публикация от TunzaleA (@tunzalea)

Prodüserin sözlərinə görə, klipin çəkilişləri artıq yekunlaşıb: "Klip mini-filmi xatırladır. Tünzalə xanım orada çox az rol alıb. Klip Qarabağda şəhid olan döyüşçülərimizə həsr olunub. Çəkilişlər bitib, hazırda montaj işləri gedir. Klip gələn həftə ictimaiyyətə təqdim olunacaq".

Посмотреть эту публикацию в Instagram

Публикация от TunzaleA (@tunzalea)

44
Teqlər:
klip, Tünzalə Ağayeva, Azərbaycan, Qarabağ, Şuşa
Bakıda qəzet satışı, arxiv şəkli

"Öldürmək olmaz yaşatmaq" - Vergülün yerini reklam təyin etməlidir, yoxsa səviyyə?

0
(Yenilənib 01:01 21.01.2021)
"Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda internet saytlar fəallaşmağa başlayandan çap mediasının öz əhəmiyyətini itirdiyi barədə fikirlər səslənir. Hətta media nümayəndələri arasında "insanlar məlumatları qəzetdən deyil, saytdan oxuyurlar" tipli mübahisələrə də rast gəlirik. Sputnik Azərbaycan hazırkı dövrdə çap mediasının yaşadılmasının zəruri olub-olmadığını araşdırıb.

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni medianın yaranması ilə qəzetlərin tarixə qovuşduğu barədə fikirlər səslənsə də, bununla razı deyil: "Onlayn medianın yaranması o demək deyil ki, çap media sıradan çıxmalıdır. Ölkədə ictimai rəy yaradan, xalqın düşünən hissəsinin fikirlərini çatdıran, bu fikirlərlə də ictimai rəyə təsir edən məhz qəzetlərdir. Son vaxtlar çap mediasına qarşı aqressiv fikirlər artıb. Düzdür, bəzi qəzetlərin səviyyəsində problemlər müşahidə olunur. Etiraf edək ki, çap mediası operativlik məsələsində onlayn mediaya uduzur. Bu, təbii haldır. Amma çap mediasında olan araşdırma materialları, hadisələrə kökündən yanaşma və təhlil, qaçaraq informasiya çatdıran elektron mediadan daha sanballıdır. Buna görə də hesab edirəm ki, çap mediasının yaşamasına hələ uzun müddət ehtiyac var".

R.Məcid deyir ki, ümumilikdə götürdükdə Azərbaycan mediasında problem qəzetlərin varlığı yox, reklam bazarının olmamasıdır:

"Çox təəssüf ki, son illərdə həm çap, həm televiziya, həmçinin də onlayn media dövlət dəstəyi arzulayır. Əslində media iqtisadi cəhətdən müstəqil olmalıdır. Bunun üçün isə reklam bazarı olmalıdır. Bəzi onlayn media rəhbərləri hesab edirlər ki, qəzetlərə ayrılan maliyyə yardımı yeni mediaya ayrılarsa, orada hansısa uğurların şahidi olacağıq.

Amma hesab edirəm ki, yeni mediada jurnalistin yetişməyi qəzetdə yetişməsindən fərqlidir. Jurnalistika təhsilindən sonra qəzet - jurnalistləri yetişdirən ikinci məktəbdir. Jurnalist üçün vacib olan yazmaq bacarığı, intuisiya, müşahidə qabiliyyəti, bunların təhlil olunması bacarığına qəzetdə yiyələnmək mümkündür.

 Bütün bunlar yeni mediada mümkün deyil. Üstəlik, yeni mediada qəzetlərdəki kimi parlaq jurnalistlər yetişmir. Əgər biz səslə müşahidə olunan görüntülü informasiyanı mediaya aid ediriksə, onda mənim balaca nəvəmin də instaqram səhifəsi onlayn mediadır. Yeni audiovizual media subyektləri adlandırdıqlarımızın bir çoxunun əhəmiyyətli izləyici sayı yoxdur. Bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur. Media bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirməyi tələb edir. Yeni audiovizual mediada isə bu prinsiplər qorunmur. Onların çoxu operativliyi qorumaq naminə informasiyanı xammal şəklində çatdırırlar. Qəzetdə isə jurnalistikanın bu tələblərinə əməl edilir. Keyfiyyətli araşdırma yazıları, analitik məqalələr hazırlanır. Bu baxımdan çap media yaşamalıdır".

Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər başlanılan islahatlar medianın bütün sferalarını əhatə etməlidir: "Medianın İnkişafı Agentliyi yaranması ilə Azərbaycan mətbuatında islahatlar prosesinin keyfiyyətcə yeni mərhələsinə start verilib. Hesab edirəm ki, bu islahatlar medianın bütün sferalarını əhatə edəcək.

Düşünürəm ki, hər nə qədər media digitallaşmaya getsə də, klassik media nümunəsi olaraq qəzetlərin mövcudluğu önəmlidir. Qəzetlər tarixdir. Ancaq qəzetlər rəqabət şəraitinə tab gətirmək üçün öz informasiya siyasətlərinə yenidən baxmalıdır. İnformasiya agentliklərinin köhnəlmiş məlumatlarını bir gün sonra dərc etmək qəzetlərin rəqabətdə uduzması ilə nəticələnir. Qəzetlər araşdırma yazılarına, maraqlı müsahibələrə üstünlük verməlidir.

Dünya praktikası göstərir ki, internet media hər nə qədər inkişaf etsə də, araşdırma yazılarına, özəl məlumatlara üstünlük verən qəzetlər öz satışlarını və mövqelərini qorumaqdadır".

0
Teqlər:
səviyyə, reklam, onlayn, çap, media, qəzetlər