Самоходная гаубица во время учений, фото из архива

Ermənistan Silahlı Qüvvələrinin topları dəqiq atəşlə məhv edilib - MN

169
(Yenilənib 20:38 30.09.2020)
Azərbaycanın Müdafiə Nazirliyi bölmələrimizin mövqelərini atəşə tutan düşmən toplarının dəqiq atəşlə məhv edidiyini açıqlayıb.

BAKI, 30 sentyabr — Sputnik. Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

169
Sami Yusuf, arxiv çəkli

Azərbaycan əsilli müğənnidən növbəti dəstək

1
(Yenilənib 22:40 27.10.2020)
Müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib

BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna növbəti dəfə dəstəyini ifadə edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni özünün "Instagram" səhifəsində video paylaşaraq "Azərbaycan I love you. Yaşasın Azərbaycan!" deyib.

Qeyd edək ki, Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar dəfələrlə Azərbaycan Ordusuna dəstəyini ifadə edib: "Davamlı uğurlarınız, firavanlığınız və torpağınızın və suverenliyinizin qorunması üçün dua edirəm".

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Biz Qarabağda oyanmaq istəyirik - VİDEO
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

14
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

14
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"