Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

"Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!"

187
(Yenilənib 21:03 29.09.2020)
"Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!"

BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür!

Sputnik Azərbaycan xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda yer alıb.

Paylaşımda daha sonra deyilir: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm!

Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun!

Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!

Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”.

187
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Ermənistan ordusunun son günlərdə öldürdüyü azərbaycanlıların sayı açıqlandı
Azərbaycan Ordusunda tibbi təminat və təchizatla bağlı heç bir problem yoxdur
Daha bir vətəndaşımız Ermənistan ordusunun atdığı mərmidən həlak olub
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Şəhidlər xiyabanı, arxiv şəkli

Azərbaycandan ermənilərə qadağa qoydu

1
(Yenilənib 11:59 20.01.2021)
Ötən gün ermənilər Hadrut, Füzuli, Cəbrayıl və Ermənistanın Sünik vilayətində axtarış aparıblar. Bu gün isə axtarışı dayandırmaq məcburiyyətində qalıblar.

BAKI, 20 yanvar — Sputnik. Qarabağda daha bir erməni hərbçinin cəsədi tapılıb. Sputnik Ermənistan xəbər verir ki, bunu sabiq qondarma rejimin "Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin" "mətbuat xidmətinin" rəhbəri Unan Tadevosyan bildirib.

O, qeyd edib ki, ötən gün axtarışlar Hadrut, Füzuli, Cəbrayıl, və Ermənistanın Sünik vilayətində aparılıb:

"Axtarış nəticəsində bir nəfərin cəsədinin qalıqları tapılıb. Əsgərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün qalıqlar məhkəmə ekspertizasına aparılıb".

Tadevosyan qeyd edib ki, bu gün axtarış işləri aparılmayacaq:

"Azərbaycan tərəfi yanvarın 20-i Ümumxalq Hüzn Günü ilə bağlı axtarışların keçirilməsini qadağan edib. Onlar bildirdilər ki, ermənilərin onların ərazisinə keçmələrini istəmirlər".

O, həmçinin vurğulayıb ki, axtarış işlərini qarın yağması ilə bağlı da keçirmək mümkün deyil.

Qeyd edək ki, yanvarın 20-nə olan məlumata görə, Ermənistan tərəfi 1195 hərbçinin cəsədini və ya cəsəd qalıqlarını tapıb.

Ümumilikdə isə Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfinin 3330 nəfər itki verdiyini açıqlayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

1
Teqlər:
Cəbrayıl rayonu, Cəbrayıl, Füzuli, Hadrut, ermənilər, 20 Yanvar – Ümumxalq Hüzn Günü, Ümumxalq Hüzn Günü, 20 Yanvar qətliamı, 20 Yanvar faciəsi, "20 yanvar"

Azərbaycan Rusiya pirotexnikləri 5 hektardan artıq ərazini minadan təmizləyib - VİDEO

17
Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib.

BAKI, 19 yanvar - Sputnik. Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

17