BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi bununla bağlı "Twitter" səhifəsində paylaşım edib.
"Düşüncələrim və dualarım Azərbaycanladır", - deyə S.Yusuf paylaşımında qeyd edib.
Thoughts and prayers for my beloved Azerbaijan 🇦🇿💛🤲. SY#KarabakhisAzerbaijan #Azerbaijan
— Sami Yusuf (@SamiYusuf) September 29, 2020
O, bu paylaşımına "Qarabağ Azərbaycandır" (#KarabakhisAzerbaijan #Azerbaijan) həştəqini əlavə edib.
BAKI, 18 yanvar — Sputnik. Qarabağda daha üç erməni hərbçinin cəsədi tapılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Məlumatda qeyd olunur ki, 2 erməni hərbçinin cəsədi Cəbrayıl tərəfdə tapılıb. Onların şəxsiyyəti DNT analizi ilə müəyyənləşəcək. Daha bir hərbçinin cəsədi isə Bazarçayda tapılıb. Onun şəxsiyyəti müəyyənləşib, bu Arsen Mamikonyandır.
Həmçinin qeyd olunur ki, bu gün axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl istiqamətində aparılacaq.
Qeyd edək ki, yanvarın 8-nə olan məlumata görə, Ermənistan tərəfi 1194 hərbçinin cəsədini və ya cəsəd qalıqlarını tapıb.
Ümumilikdə isə Ermənistan Səhiyyə Nazirliyi sentyabrın 27-dən noyabrın 9-dək erməni tərəfinin 3330 nəfər itki verdiyini açıqlayıb.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
BAKI, 17 yanvar - Sputnik. Qarabağda aparılan axtarışlar zamanı müharibə zamanı itkin düşmüş daha 3 erməni hərbçinin meyiti tapılıb.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, erməni hərbçilərin meyitləri Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb. Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.
Qeyd edilir ki, sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.
Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 18 yanvar — Sputnik. "Azərbaycan ən müasir, zəngin ölkələrin siyahısındadır ki, vaksinasiyaya başlanılıb".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, bəzi ölkələrdə ilin sonuna, bəlkə də gələn ilə vaksinasiya planlaşdırılır: "Mütəxəssislər qərara gəliblər ki, Azərbaycan üçün ən yaxşı vaksin "Sinovac" şirkətinin vaksinidir. Bir neçə ölkələrdə kliniki sınaqlardan keçib. Heç bir yerdə fəsadı olmayıb. Qardaş Türkiyədə də bu vaksindən istifadə olunur. Həmçinin kifayət qədər effektlidir. Hər vaksinasiyadan sonra müəyyən insanlar xəstələnə bilər, amma onlar da xəstəliyi yüngül keçirirlər. Bunlar nəzərə alınaraq, seçim olundu. Bu gündən vaksinasiya başlayır. Jurnalistləri də vaksinasiyaya qoşulmağa dəvət edirik".