QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdərə istiqamətində Ermənistan ordusunun tankı məhv edilib

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidСгоревшая военная техника, фото из архива
Сгоревшая военная техника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İşğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib

BAKI, 29 sentyabr — Sputnik. Düşmənin daha bir tankı məhv edilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib. Məlumata görə, keçmiş Ağdərə rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib.

Qeyd edək ki, bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin "Uraqan" yaylım atəş sistemini məhv edib. Həmçinin Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib.

Xəbər lenti
0