QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”

© REUTERS / HENRY ROMEROЧеловек с телефоном, фото из архива
Человек с телефоном, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir"

BAKI, 29 sentyabr — Sputnik. "Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”

Sputnik Azərbaycan bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb: "Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir".

Xəbər lenti
0