“Uraqan” yaylım atəş sistemi

Ermənistanın "Uraqan" yaylım atəş sistemi məhv edilib

274
Bir qədər əvvəl Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin "Uraqan" yaylım atəş sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

"Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir. Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin "Uraqan" yaylım atəş sistemini məhv edib", - deyə Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib.

274
Teqlər:
Azərbaycan ordusu, erməni təxribatı, Ermənistan, müharibə, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
MN: Azərbaycanın F-16 qırıcısı yoxdur, Ermənistanın yaydığı məlumat yalandır
Ordumuz Ermənistan SQ-nin daha iki tankını məhv etdi - VİDEO
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı
Ermənistan ordusunun alayı darmadağın edilib
Gecə ərzində gərgin döyüşlər davam edib - video
Dağıdılmış Ağdam şəhərinə mənzərə

Qarabağda yeni iqtisadi model tətbiq ediləcək - onu türkiyəli adamları quracaq

50
(Yenilənib 22:15 24.01.2021)
Millət vəkili Qarabağın necə bərpa ediləcəyindən danışıb, azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyini söyləyib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. "Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır. Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı məndə fikirlər var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə deyib.

Dövlət başçısı bildirib ki, o bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları: "...Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin".

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, azad edilmiş torpaqlarımızda bərpa işlərinə başlanıb:

"Burada yeni iqtisadi modelin tətbiq edilməsi nəzərdə tutulur. Bununla bağlı dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkındakı çıxışında xüsusi qeydləri olub. Yeni iqtisadi model bir tərəfdən azad edilmiş torpaqlarda müasir standartlara uyğun infrastrukturun formalaşmasını özündə ehtiva edəcək. Artıq bu proses başlanıb".

Deputatın sözlərinə görə, həmin ərazilərdə formalaşacaq infrastruktur beynəlxalq standartlara uyğun olacaq: "Belə ki, Füzulidə beynəlxalq hava limanının formalaşmasına, Füzuli-Şuşa yolunun çəkilməsinə başlanması, beynəlxalq standartlara uyğun olaraq kommunal xidmətlərin verilməsi və digər infrasturkturun genişləndirilməsi ilə bağlı aparılan fəaliyyətlər ondan xəbər verir. Bu da müasir standartlara uyğun olaraq azad edilmiş ərazilərimizdə iqtisadiyyatın formalaşmasına imkan verəcək. Eyni zamanda, burada yeni modelin tətbiq edilməsi nəzərdə tutulur. Bu model özündə vergi güzəştlərini, təşviq mexanizmlərini, o cümlədən xarici investisiyaların cəlbi üçün xüsusi zonaların yaradılmasını da ehtiva edir".

Deputat artıq hökumətdə azad edilmiş ərazilərin iqtisadi inkişafı ilə bağlı xüsusi konsepsiyanın hazırlandığını diqqətə çatdırıb:

"4 mühüm istiqaməti əhatə edəcək konsepsiya, eyni zamanda, bu ərazilərdə təşviqin tətbiq olunmasını nəzərdə tutur. Bu təşviqin həm sahibkarlar, həm də vətəndaşlar üçün nəzərdə tutulacağı gözlənilir. Xüsusən də bu gün passiv formada olan vəsaitlərin real olaraq işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi prioritetdir. Təşviq paketləri bu kontekstdən tətbiq olunacaq. Məqsəd burada formalaşacaq inkişaf modelinin Azərbaycanın digər ərazilərinə transfer olunmasıdır. Bu, eyni zamanda, müasir çağırışlara uyğun olaraq iqtisadi menecmentin formalaşması anlamına gəlir".

"Azad edilmiş ərazilərdə infrastruktur, iqtisadi menecment və biznes mühiti müasir çağırışlara və beynəlxalq standartlara uyğun olaraq formalaşacaq. Azad edilmiş ərazilərin yaxın illərdə Azərbaycanda iqtisadi inkişafın əsas drayverlərindən birinə çevriləcəyi gözlənilir", - deyə deputat əlavə edib.

Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev "Anadolu" agentliyinə Qarabağın yenidən qurulması üçün müxtəlif ölkələrin bərpa təcrübəsini araşdırdıqlarını deyib:

"Bizim üçün ən uyğun təcrübənin Türkiyə modeli olacağını düşünürük. Bu qənaətə qonşu ölkənin son 20 ildə tikinti sektorunda əldə etdiyi nailiyyətləri nəzərə alaraq gəldik".

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi ilə görüş keçirilib.

O əlavə edib ki, Qarabağın bərpasında Türkiyə şirkətlərinə üstünlük veriləcək: "Türkiyəli iş adamları azərbaycanlı həmkarları ilə birlikdə Qarabağı yenidən quracaqlar. Hazırda Füzulidən Şuşaya yeni yolun inşasında iki ölkənin şirkətləri birlikdə çalışırlar. Bu, ilk addımdır".

50
Teqlər:
İlham Əliyev, iqtisadçı-ekspert Vüqar Bayramov, Vüqar Bayramov, Türkiyə, Qarabağ

Füzuli rayonunun Aşağı Aybasanlı kəndi - VİDEO

14
Təxminən 200-250 evdən ibarət Aşağı Aybasanlı kəndi 1993-cü ildən bəri Ermənistan ordusunun işğalı altında olub.

BAKI, 24 yanvar - Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi Füzuli rayonunun Aşağı Aybasanlı kəndindən yeni videogörüntülər paylaşıb.

Qeyd edək ki, təxminən 200-250 evdən ibarət Aşağı Aybasanlı kəndi 1993-cü ildən bəri Ermənistan ordusunun işğalı altında olub. Kənd 2020-ci ilin sonlarında erməni işğalçılarından təmizlənib. 

Sputnik Azərbaycan Aşağı Aybasanlı kəndindən çəkilmiş yeni görüntüləri təqdim edir: 

14
Teqlər:
Müdafiə Nazirliyi, Füzuli rayonu
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurlarının öldürdüyü talesiz azərbaycanlı - VİDEO

0
(Yenilənib 00:09 25.01.2021)
Fərman İsmayılov yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

BAKI, 24 yanvar - Sputnik. Ötən gün axşam saatlarında nigeriyalı dəniz quldurları Qvineya körfəzində Türkiyə gəmisinə basqın ediblər. Nəticədə də 15 nəfər girov götürülüb, bir azərbaycanlı öldürülüb. Öldürülən şəxsin Siyəzən rayon sakini 45 yaşlı Fərman İsmayılov olduğu məlum olub. Onun nəşi yanvarın 26-də Azərbaycana gətiriləcək. Hadisə ilə bağlı Fərman İsmayılovun qardaşı Ayaz İsmayılov ''XəzərXəbər''ə açıqlama verib.

Hadisə Qvineya körfəzində Türkiyəyə məxsus "Mozart" adlı gəmidə baş verib. Gəmi qəfildən nigeriyalı dəniz quldurlarının basqınına məruz qalıb. Məlumata görə, Liveriya bayrağı altında üzən gəmi Laqosdan Keyptauna doğru hərəkət edirmiş. Gəmidə ümumilikdə 19 nəfər olub.Silhalılar gəmidə olan yeganə azərbaycanlı Fərman İsmayılovu öldürüblər.Digər 15 Türkiyə vətəndaşı isə girov götürülüb. Gəmi heyətindən 3 nəfər xilas ola bilib və gəmini təhlükəsiz limana çatdırıblar.

Dəniz quldurlarının qətlə yetirdiyi Fərman İsmayılovun qardaşı Ayaz İsmayılovun sözlərinə görə, Fərman 18 ildən çox müddətdə həmin gəmidə ikinci mexanik vəzifəsində çalışırmış. Qardaşının vəfat etməsi xəbərini isə ona şirkətdən məlumat veriblər.

Ayaz İsmayılov deyir ki, qardaşı yaxın günlərdə Azərbaycana gələcəkmiş. Ancaq sonradan növbəti əməkdaşların pandemiya səbəbindən gəmiyə gələ bilməməsi onun gəmidə qalmasına səbəb olub.

Bu arada Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" adlı yük gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətlərə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub, son vəziyyətlə bağlı məlumat verilib. Mövlud Çavuşoğlu gəminin məxsus olduğu şirkətin icraçı direktoru Osman Levent Karsanla da telefonla danışaraq qaçırılan gəmiçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.

Türkiyənin başda Abuca olmaqla Nigeriya və qonşu ölkələrdəki bütün səfirliklərin qaçırılan heyət üzvlərini xilas etmək üçün səfərbər olduğu qeyd edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yerli mətbuata bildirib ki, qaçırılan "Mozart" gəmisi bu gün saat 11.00-da Qabonun Gentil limanında lövbər salıb. Fərman İsmayılovun nəşi və 3 heyət üzvü hazırda gəmidədir.

Hadisəyə Azərbaycanın Xarici İşlar Nazirliyindən də münasibət bildirilib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva açıqlamasında bildirib ki, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

0
Teqlər:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, dəniz quldurları