Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı

72
Azərbaycan Baş Prokurorluğu müxtəlif cinayətlər törətmiş Ermənistan SQ-nin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri sənədləşdirilmə aparır

BAKI, 29 sentyabr — Sputnik. Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, sentyabrın 28-də saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Fakta görə Cəbrayıl rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.

72
Teqlər:
yaralı, yeniyetmə, Cocuq Mərcanlı, Cəbrayıl, Azərbaycan, erməni təxribatı, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Əlaqədar
Ordumuz Ermənistan SQ-nin daha iki tankını məhv etdi - VİDEO
Politoloq: “Qarabağda müharibənin alovlanmasında ATƏT-in böyük rolu var”
MN: Azərbaycanın F-16 qırıcısı yoxdur, Ermənistanın yaydığı məlumat yalandır
Polkovnik Vaqif Dərgahlı: "Azad edilən ərazilərin bir qarışı belə itirilməyib"
Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

Azad edilmiş Göyərçinveysəlli kəndindən VİDEO

1
(Yenilənib 11:00 27.01.2021)
Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi işğalçılardan azad edib.

BAKI, 27 yanvar - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini yayıb.

Göyərçinveysəlli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 19-da kəndi işğalçılardan azad edib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

1
Teqlər:
Azərbaycan ordusu, Ermənistan, Cəbrayıl
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - VİDEO

197
(Yenilənib 10:46 27.01.2021)
Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

BAKI, 27 yanvar — Sputnik. Dağlıq Qarabağda bütün hərbi əməliyyatlara və atəşkəsı nəzarət üzrə Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya sülhməramlıları atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycan Respublikası ərazisinə getməyə hazırlaşırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırlıq çərçivəsində hərbçilər Birgə Mərkəzin strukturunu, vəzifələrini, məqsəd və funksiyalarını, mərkəzin işinin təşkilini, həmçinin ərazilərində tapşırıqları yerinə yetirməli olduqları ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya – Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdam şəhərində yerləşəcək.

  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
  • Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar
    © Photo: Russia Defense Ministry
1 / 3
© Photo: Russia Defense Ministry
Rusiya hərbçiləri Qarabağa getməyə hazırlaşırlar

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

197
Azay Quliyev şuranın yeni elektron xidmətlərinin tətbiqi ilə bağlı ictimai dinləmə keçirib

Maliyyə Nazirliyi QHT-lərə müraciət edib

0
(Yenilənib 11:05 27.01.2021)
Qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

BAKI, 27 yanvar — Sputnik. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası" Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

1. Maliyyə vəziyyəti haqqında hesabat

2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat

3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər

Eyni zamanda, maliyyə fəaliyyəti olmayan QHT-lər üçün müvafiq qərarla "Maliyyə fəaliyyəti olmaması barədə arayış" forması təsdiq edilib.

Göstərilənləri nəzərə alaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ sayt vasitəsilə "Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı"nda qeydiyyatdan keçməyiniz və nəzərdə tutulan formaya uyğun olaraq maliyyə hesabatlarınızı və ya maliyyə fəaliyyətinizin olmamasına dair təsdiq edilmiş arayış formasına uyğun olaraq hesabatı Maliyyə Nazirliyinə elektron qaydada təqdim etməyiniz tələb olunur.

Əlavə məlumat üçün telefon nömrələri: Tel: 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 292 Ülkər İsmayılova, 469 Günay Mamedova.

0
Teqlər:
QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT, Maliyyə Nazirliyi