Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

2196
(Yenilənib 09:07 29.09.2020)
Ayın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

BAKI, 29 sentyabr — Sputnik. Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.

Hazırda döyüşlər davam edir.

2196
Əlaqədar
MN: Ermənistan Goranboy rayonunu atəşə tutub
Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır
Azərbaycan HHQ Ermənistanın zirehli texnika daşıyan kolonunu məhv edib - VİDEO
Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulur
Düsen Kaseinov, arxiv şəkli

Düsen Kaseinov:“Dini abidələrin dağıdılması bəşəriyyətin təhqir olunmasıdır”

7
(Yenilənib 10:02 19.01.2021)
TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək
Düsen Kaseinov:“Dağıdılmış irsimizin qısa zamanda bərpa ediləcəyinə inanıram”

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Sputnik Azərbaycan xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında  Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpasını arzuladığını söyləyib.

“Bu, dağıntılar bütün bəşəriyyətə qarşı törədilib. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır. Quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir. Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin. Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”, – deyə baş katib bildirib.

Düsen Kaseinovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

7
Şəhid Orxan Babayev

Şəhid olacağını yuxusunda görmüşdü - Dedi öz ehsanımdan yemişəm

28
(Yenilənib 00:18 19.01.2021)
Döyüşlərdə düşmən texnikasına və canlı qüvvəsinə qənim kəsilən, onları sıradan çıxaran Orxan hər kəs üçün nümunəvi bir döyüşçü ömrü yaşayıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Döyüşlərdə düşmən texnikasına və canlı qüvvəsinə qənim kəsilən, onları sıradan çıxaran Orxan hər kəs üçün nümunəvi bir döyüşçü ömrü yaşayıb. Neçə -neçə yaralı əsgər yoldaşlarını döyüş meydanından xilas edib. Şəhid Orxan Babayev Ağstafa rayon Qarahəsənli kəndində doğulub ,boya-başa çatıb. Orxan şəhid olan gündən evləri döyüş yoldaşları, komandirləri tərəfindən ən çox ziyarət edilən bir məkana çevrilib.Ən ağır günlərin yoldaşı olan bu insanlar müharibə bitdikdən sonra yoldaşları vəfa borcu yerinə yetirməyə gəliblər. Bu günlərdə onun döyüş yoldaşları şəhidimizin qəbrini ziyarət edib, ailəsi ilə görüşüblər. Valideynlərinə belə cəsur oğul yetişdirdikləri üçün təşəkkür ediblər.

© Sputnik / Ilham Mustafa
Orxan Babyevin döyüş yoldaşları

Hacıqabul rayonundan gələn döyüş yoldaşıVüsal Qurbanov Orxanın igidliyindən danışıb:

"Orxan çox qorxmazıydı. Qələbə üçün özünü hər təhlükəyə atırdı. Fizuli tapşırığına birgə getmişik. Səhər saat 6-da hücuma keçdik. Minaatan batareyasını götürməliydik. Hava işıqlaşanda erməni snayperlərinin mühasirəsinə düşdük. Gecəyə qədər daldalanacaqdan çıxmağa qoymadılar. Susuz qala bilməzdik. Orxanla şəkidən Hacıyev familiyalı bir əsgər heç nədən qorxmadan əvvəl aldığımız posta gedib su gətirdilər. Onda onun necə qorxmaz olduğunu gördüm. Sonra da onun igidliklərinin şahidi oldum. Məndən yaşca kiçik olmasına baxmayaraq elə bir insanala döyüş yoldaşı olduğumçün qürur hissi keçiririəm".
© Sputnik / Ilham Mustafa
Vüsal Qurbanov. Döyüş yoldaşı

Oktyabrın 2-dən son anadək onun yanında olan Sakit Mustafazadə isə Qəbələ rayonundan gəlib. O, Orxanın özünün şəhidliyini bir gün əvvəl yuxuda görüb ona danışdığını söyləyib:

"Bütün hücumlara əməliyyatlarında Orxan birinci atılırdı. Qumbara atanıydı. Məni ona köməkçi vermişdilər. Neçə dəfə üstümüzə gələn texnikanı vurub erməniləri qaçmağa məcbur etmişdi. Hər döyüşə girəndə deyirdi Sakit bax mən şəhid olcam. Gecələr quru otları yolub üstə yatırdıq. Şəhid olmamışdan bir gün əvvəl yuxu görmüşdü. Dedi görürəm şəhid olmuşam. Öz ehsanımdan yeyirəm. Mən arzuma çatacam. Noyabrın 9-da Xocavənd şəhərinin girişində şəhid oldu", - deyərək məlumat verib.

© Sputnik / Ilham Mustafa
Orxan Babayev

Əsgər yoldaşları Orxanın igidliklərindən ürək dolusu danışdıqca şəhid anası övladı ilə daha çox fəxr etdiyini söyləyib. O, oğlunun müharibənin ilk günündən döyüşlərdə olsa belə evdəkilərə bunu bildirmədiyini deyib:

"Çox vətənpərvər uşaq idi. Şəhid analarını dinləyirəm sanki hamısı eyni taleyi yaşayıb, eyni tərbiyəni alıblar. Əsgər paltarı geyinməyə elə tələsirdi ki. Əsgər çağırılanda dedilər səhhətində problemi var. Sənədlərini Bakıya həkimə göndərdilər. Atasına dedi ki, cavabından asılı olmayaraq, mən mütləq orduya gedəcəm. Füzuliyə düşdü. Müharibə başlayandan hər gün danışsaqda Şəhid olan günə kimi bilmədik ki, o döyüşlərdə olub. Hər dəfə deyirdi narahat olmayın, biz arxadayıq döyüşmürük. Sonra bildik ki, ilk gündən müharibədəymiş. Nümunəvi əsgər olub. Ötən il noyabrın 9-da Füzuliyə andiçməsinə getmişdik. Bu il noyabrın 9-da şəhid xəbəri gəldi".
  • Orxan Babayevin məzarı
    © Sputnik / Ilham Mustafa
  • Sakit Mustafayev. Döyüş yoldaşı
    © Sputnik / Ilham Mustafa
  • Orxan Babayevin məzarı
    © Sputnik / Ilham Mustafa
  • Pərvanə Babayeva şəhid anası
    © Sputnik / Ilham Mustafa
  • Orxan Babayevin evində
    © Sputnik / Ilham Mustafa
  • Orxan Babayevin döyüş yoldaşı
    © Sputnik / Ilham Mustafa
  • Orxan Babayevin döyüş yoldaşı
    © Sputnik / Ilham Mustafa
  • Orxan Babayevin döyüş yoldaşları
    © Sputnik / Ilham Mustafa
  • Orxan Babayev şəkli
    © Sputnik / Ilham Mustafa
1 / 9
© Sputnik / Ilham Mustafa
Orxan Babayevin məzarı

Şəhid Orxan Babayev noyabrın 11-də Qarahəsənli kənd qəbrstanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunması" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

28
Xınalıqda qarlı hava

Bakılılar üçün matah, dağ əhli üçün bərəkət - VİDEO

0
(Yenilənib 13:44 19.01.2021)
Xınalıq kəndi ağappaq qarın əsarətindədir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün yağıntının miqdarı bir qədər də arta bilər.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın şimal rayonlarına qar yağıb.

Sputnik Azərbaycan-ın məlumatına  görə, Quba, Qusar və Xızı ağ örpəyə bürünüb. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, 7 dərəcə şaxta var.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.

0
Teqlər:
hava, qar, Bakı