Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub

2778
(Yenilənib 19:48 27.09.2020)
Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar

BAKI, 27 sentyabr — Sputnik. Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti növbəti dəfə açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan açıqlamada deyilir: "Sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam edərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmaqla dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutmuş, o cümlədən mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam etməkdədir.

Dərin kədər hissi ilə bildiririk ki, Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar.

Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

2778
Teqlər:
Dağlıq Qarabağ, Azərbaycan, münaqişə, Ermənistan, erməni təxribatı, ailə, ölüm, Naftalan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1202)
Əlaqədar
Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı
Ermənistan ordusu zirehli texnikasını döyüş meydanında ataraq qaçır - VİDEO
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi

Sputnik Azərbaycan TÜRKSOY-un mükafatına layiq görülüb

437
(Yenilənib 16:16 25.09.2021)
Mükafatlandırılanlar arasında həmçinin Türkiyənin Haber Global-ın əməkdaşı Osman Girgin, A Haber əməkdaşı Abdulkərim Ulak, CNN Turk-ün keçmiş əməkdaşı Fülya Öztürk, fransalı fotoqraf Reza Deqati, habelə Qazaxıstan, Qırğızıstan və Özbəkistan KİV nümayəndələri də var.

BAKI, 25 sentyabr - Sputnik. Qırx dörd günlük Vətən müharibəsi zamanı məlumatların dünya ictimaiyyətinə obyektiv çatdırılmasına görə Sputnik Azərbaycan informasiya agentliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mərasimdə yerli və beynəlxalq media nümayəndələri təltif olunublar.

Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şəhid-jurnalistlərin fəqliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi
    © Sputnik / Murad Orujov
1 / 6
© Sputnik / Murad Orujov
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “TURKSOY Press Award” mükafatın təqdimedilmə mərasimi

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov iki gün sonra Vətən müharibəsinin başlanmasının ildönümünü olacağını yada salıb:

“Biz müzəfər Azərbaycan ordusuna və Ali baş komandana minnətdarıq. Bu təkcə Azərbaycan-ın ərazi bütövlüyünün bərpası deyil, həm də şərəf məsələsi idi. İnformasiya müharibəsində bizə dəstək olan hər kəsə minnətdarlığımı bildiriəm”, - deyə Kərimov vurğulayıb.

Daha sonra tədbirdə TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı çıxış edərək KİV nümayəndələrinə minnətdarlığını ifadə edib.

Şəhid jrunalistlər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Cirac Abışovun ailələrinə “TURKSOY Press Award” mükafatı təqdim olunub.

Mükafatlandırılanlar arasında həmçinin Türkiyənin Haber Global televiziyasının əməkdaşı Osman Girgin, A Haber əməkdaşı Abdulkərim Ulak, CNN Turk-ün keçmiş əməkdaşı Fülya Öztürk, fransalı fotoqraf Reza Deqati, habelə Qazaxıstan, Qırğızıstan və Özbəkistan KİV nümayəndələri olub.

Sentyabrın 26-da bütün mükafatlandırılmış KİV nümayəndələri Şuşa şəhərinə səyahət edəcəklər.

437
Teqlər:
TÜRKSOY
Gennadi Anaşkin

Sülhməramlıların komandanı yenə dəyişdi

2639
(Yenilənib 14:15 25.09.2021)
Bundan əvvəl həmin vəzifəni general Mixail Kosobokov icra edirdi və o bu postda general-leytenant Rüstəm Muradovu əvəz etmişdi.

BAKI, 25 sentyabr - Sputnik. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Sputnik Armenia-nın verdiyi xəbərə görə, komandan vəzifəsinə general-leytenant Gennadi Anaşkin təyin olunub.

General-leytenant Gennadi Anaşkin 1968-ci ildə Rusiyanın Samara (Kuybışev) şəhərində anadan olub.

1993-cü ildə Ryazan ali hava-desant məktəbini bitirib. 2017-ci ildən Cənub hərbi dairəsinin 8-ci ümumqoşun ordusu komandanının müavini olub. Rusiya Federasiyasının qəhrəmanıdır.  

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni general Mixail Kosobokov icra edirdi və o bu postda general-leytenant Rüstəm Muradovu əvəz etmişdi.

Həmçinin oxuyun:

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib

 

 

2639
Teqlər:
sülhməramlı, sülhməramlılar
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES