CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan itkilərini etiraf etməyə başladı, onlarla ölü, yüzdən çox yaralı

© SputnikВоеннослужащий ВС Армении на оккупированных территориях, фото из архива
Военнослужащий ВС Армении на оккупированных территориях, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın işğal altında olan torpaqlarında qurulan qondarma "rejimin" "müdafiə nazirinin müavini" Artur Sarkisyan 16 hərbçinin öldüyünü və 100-dən çox yaralı olduğunu etiraf edib

BAKI, 27 sentyabr — Sputnik. Ermənistan tərəfi Qarabağda gedən döyüşlər zamanı itki və yaralı saylarını açıqlamağa başlayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Azərbaycanın işğal altında olan torpaqlarında qurulan qondarma "rejimin" "müdafiə nazirinin müavini" Artur Sarkisyan 16 hərbçinin öldüyünü və 100-dən çox yaralı olduğunu etiraf edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.

Xəbər lenti
0